İNSANIN BAŞ MİSSİYASI
Təbiət insanı çoxalabilən, lakin “sökülüb-yığıla”
bilməyən şəkildə yaratmışdır. Bu sonuncu onun ən zəif
yeridir. Odur ki, təbiət öz səhvini düzəltməyi İnsanın
özünə həvalə etmiş, ona şüur verib, alət düzəltmək
qabiliyyəti vermişdir. Alətin əsas fərqləndirici cəhəti və
üstünlüyü onun modul prinsipində qurulanlığı, başqa
sözlə, sökülüb-yığılanlığı, təyinatı isə gücləndirici
olmasıdır. Ən sadə alət üç elementin – funksional
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------17------------------------------------
elementin, ötürücünün və birləşdiricinin inteqrasiyası olan
ağac saplı daş baltadırsa, ən mürəkkəb alət də çoxformalı
dünyagörüşüdür. Elm – dünyagörüşü formalarından biri
olmaqla, həmin “alət”in ən vacib və ən aktiv elementidir.
İnsan sivilizasiyasının inkişaf tarixi primitiv alətlərin
(həmçinin, silahların) meydana çıxmasından ta nəhəng
yaşayış məkanlarına – binalara, şəhərlərə, dövlətlərə və
sairəyədək olan süni yaşayış mühitinin yaradılması və
təkmilləşdirilməsi ilə sıx bağlıdır.
Təbiətin dəyişdirilməsi yolu ilə süni ətraf mühitin
formalaşdırılması prosesi bu və ya digər problemin,
məsələn, böyük fiziki qüvvə və ya yüksək sürətlə hərəkət
etmək tələb edilən hallarda meydana çıxan insan
orqanizminin bioloji məhdudluqları ilə bağlı olan
problemlərin tam və ya qismən həlli üçün nəzərdə tutulan
obyektlərin - alətlərin, binaların, nəqliyyat vasitələrinin və
s. yaradılmasından başlamışdır.
Mexaniki ləvazimatları və mühəndis qurğularını insan
öz orqanizminin mexaniki imkanlarını genişləndirmək üçün
yaratmışdır. Əmək alətləri və silahlar insan əllərinin
funksiyalarını genişləndirirsə, binalar, tikililər, paltar və s.
də orqanizmin, o cümlədən, dərinin müdafiə qabiliyyətini
artırır, skelet və əzələlərin möhkəmliyini tamamlayır,
həmçinin süni və təbii nəqliyyat vasitələri isə orqanizmin
yerdəyişmə funksiyasını gücləndirir, ayaqların imkanlarını
genişləndirir.
Yaradılmışların istifadəyə münasibliyinin artırılıb
maksimuma çatdırılması üçün onları mümkün qədər
hərəkətli (mobil), yüngül və erqonomik düzəltmişlər.
Sonra həmin qurğular tədricən orqanizmə calaq edilir:
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------18------------------------------------
manipulyator - süni əl, skafandr - süni dəri, akvalanq –
süni ciyər və ya qəlsəmə kimi işləməyə başlayır.
İnsan orqanizmi nisbətən sadə modelləşdirilən və
asan təkmilləşdirilən mexaniki funksiyalarla yanaşı,
düşüncə və onunla bağlı olan informasiyanın qəbulu və
ötürülməsi kimi bir sıra virtual funksiyalar da icra edir. Biz
hamımız, təxmini də olsa, öz təbii hiss üzvlərimizin
imkanlarını bilirik. Çox hallarda onların imkanı bizi
narahat edən problemlərin həlli üçün kifayətedici olmur.
Məsələn, xeyli uzaqda yerləşmiş obyektlərin səsini
eşitmək, uzaqda və ya başqa əşyaların arxasında olan
predmetləri görmək, elektromaqnit dalğalarının spektrinin
bir hissəsini qəbul etmək, görünən işığın aşağı və yuxarı
sərhədlərindən kənardakı radio dalğalarını, ultrabənövşəyi
və infraqırmızı şüaları görmək, 20 hersdən aşağı və 20000
hersdən yuxarı tezlikli səsləri eşitmək və s. insana
birbaşa müyəssər olan şey deyildir. Odur ki, hiss
üzvlərinin məhdudluqlarını aradan qaldırmaq üçün bir sıra
süni kommunikasiya vasitələri, o cümlədən, bilavasitə və
əyani şəkildə baş verməyən hadisələr barədə insanı
informasiya ilə təchiz edən çoxsaylı informasiya vericiləri
yaradılmışdır (”Техника-молодежи”, февраль, 2000 г.
c.10-11,52.).
Qədim qayaüstü yazı və rəsmlərdən müasir super
kompüterlərədək olan süni yaddaş qurğuları və digər
müasir kommunikasiya vasitələri məkan və zamanca
bizdən çox-çox uzaqlardakı obyekt və hadisələri görməyə
imkan verir.
Öz təbii hiss üzvlərinin gücləndirilməsi vasitələrini
yaradan İnsan əvvəllər ona məlum olmayan bir çox elə
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------19------------------------------------
şeylər və hadisələr aşkar etmişdir ki, bunlar onu hətta
mövcudluğu yuxusuna da girməyən tamamilə yeni
informasiya növlərini qəbul edən cihazlar hazırlamağa
sövq etmişdir. Həmin cihazlar müasir Yer şəraitində və
Kosmosda yaşamaq üçün zəruri olan, lakin təbiətin
yaratmadığı əlavə hiss üzvlərinin yaradılması prosesinin
təməlini qoymuşdur.
İnsanın zehni işini gücləndirən, beynin düşünmək
qabiliyyətini genişləndirən, lakin hələ beyni tamamilə əvəz
edə bilməyən mexaniki, elektromexaniki və elektron
hesablayıcı maşınların, o cümlədən, müasir kompüterlərin
yaradılması «informasiya gücləndiriciləri»nin inkişafında
xüsusi istiqamət təşkil edir. Elektron-hesablayıcı maşınlar
və ya kompüterlər ”fəal informasiya gücləndiricisi” olub,
mənbədən gələn informasiyanı birbaşa bizə ötürməzdən
əvvəl onun üzərində lazımi hesabi və məntiqi əməllər icra
edib, münasib formaya salır.
Kompüterlər universal informasiya emaledicisidir.
Onları universal edən çoxsaylı ”rəqəmləşdirici” giriş
qurğularının mövcudluğudur ki, bunlar da müxtəlif təbiətli
informasiyanı 2-lik koda çevirib kompüterə daxil etmək
üçündür. Sonra isə mərkəzi prosessor həmin 2-lik kodlar
üzərində istənilən hesab-məntiq əməllərini icra edir. Emal
nəticələri çıxış qurğularına ötürülür. Çıxış qurğuları 2-lik
kodları sonrakı istifadəyə münasib formaya salmaq
üçündür. Məsələn, səsi kompüterə daxil edib, onun
qrafikini almaq olar. Beləliklə, 2-lik rəqəmlər kompüterdə
ümumi ekvivalent rolu oynayır. Bu cəhətdən həmin
rəqəmlər pula bənzəyir. Çünki pul da iqtisadiyyatda
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------20------------------------------------
ümumi ekvivalentdir. Hər şey pula, pul hər şeyə mübadilə
olunabiləndir.
İlk hesablayıcı maşınlar, o cümlədən, EHM-lər, sonra
isə ilk fərdi kompüterlər tək-tək, bir-biri ilə uyuşmayan
nüsxələrdə hazırlandığından, Bəşəriyyəti narahat edən
problemlərin həllində lazımi nəticə almaq mümkün olmadı
və tezliklə ayrı-ayrı kompüterləri birləşdirib şəbəkə halına
salmaq zərurəti bütün kəskinliyi ilə bu sahənin
mütəxəssisləri qarşısında dayandı. Əvvəlcə ayrı-ayrı
ölkələr miqyasında lokal şəbəkələr və sonra qlobal
şəbəkələr, sonra isə, beynəlxalq kompüter cəmiyyəti -
qlobal informasiya şəbəkəsi – İnternet yaradıldı.
Lakin İnterneti sadəcə olaraq planetar kompüter
şəbəkəsi kimi dərk etmək yanlışdır. Çünki, o, mahiyyətcə,
daha geniş məna kəsb edir. Belə ki, İnternet ayrı-ayrı
fərdlər və ya onların məhdud qrupları arasındakı
informasiya mübadiləsi üsulundan imtina etməyə imkan
verən Ümumdünya miqyaslı süni şüurun yaradılmasında
ilk addımdır. Bu yolda növbəti addımlar kommunikasiya
vasitələrinin miniatürləşdirilməsindən ibarət olmalıdır ki,
bu da son yekunda miniatür kompüterlər inteqrasiyası
yaratmağa gətirib çıxarmalıdır. Bu sonuncu isə insan
beyinin vahid informasiya-analitik əlavəsi kimi fəaliyyət
göstərməlidir ki, olduqca müxtəlif növ informasiyanı
mövcud texniki səviyyənin imkan verdiyi məsafədən
operativ qaydada qəbul edib, ötürmək mümkün olsun. Bu
işin ilk mərhələsi hiss üzvlərinin münasib texniki
elementlərlə ”silahlandırılması” istiqamətində getməlidir.
Məsələn, insan gözü miniatür kompüterlə təchiz edilmiş
intellektual optik linzalarla gücləndiriləcəkdir. Belə
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------21------------------------------------
linzaların prototipləri cürbəcür televizor-gözlüklər və
”virtual gerçəkliklər” şlemləri şəklində artıq mövcuddur.
Elmi məntiq təsdiq edir ki, texniki elementlərin insan
orqanizminin dərinliklərinə doğru irəliləməsi davam
etməlidir. Məsələn, intellektual linzalardan birbaşa görmə
əsəb tellərinin uclarına siqnal ötürən mikroprosessorlar
tətbiqinə keçiləcək, eşitmə və digər hiss üzvləri də
tədricən analoji qaydada ”texnikiləşdiriləcəkdir”.
Bu təkmilləşdirmələrin nəticəsində elektromaqnit
dalğaları və digər texniki reallaşdırmalar vasitəsilə
informasiyanın qəbulu və ötürülməsi imkanlarını
gerçəkləşdirən ”elektron-telepatiya” qabiliyyətinə malik
insan-kiborq (Kiborq – kibernetik orqanizm) meydana
çıxacaqdır ki, bu da faktiki olaraq qlobal şüurun
hüceyrələrindən biri kimi fəaliyyət göstərəcək və beləliklə,
insan anatomiyasının texnogen dəyişilməsi onun şüur
daşıyıcısı kimi nadir üstünlüyünü heçə endirəcəkdir.
Göründüyü kimi, şüur təbii və obyektiv olaraq bioloji
materialda meydana çıxdığından, bu materialın
məhdudluqları hüdudsuz Kainat gerçəkliklərinin dərkinə
əməlli-başlı əngəl törətməkdədir. Odur ki, İnsanın ən
vacib vəzifəsi şüuru hər cür məhdudluqlardan xilas
etməkdir. Bunun üçün müxtəlif təbiətli, çeşidli və təyinatlı
gücləndiricilərdən istifadə etməyə keçilməz ehtiyac vardır.
Bunların bir qismi insanın mexaniki-fiziki imkanlarını, digər
qismi isə hissi-zehni imkanlarını genişləndirməyə
yönəlmişdir. Bu sonuncuların tərkibində isə, İnsan üçün
kompüter xüsusi yeri olan “informasiya gücləndiricisi”dir.
Şüurun əsas xüsusiyyəti materiyadan törəmə
olmasıdır. Çünki o, gerçəkliyin əksetdiricisidir. K.Marks
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------22------------------------------------
göstərir ki, şüur “insanın başına köçürülüb orada yeni
şəklə salınmış maddi varlıqdan başqa bir şey deyildir” [75,
s.21].
Şüurun əsas xassələrindən biri də onun insan
beyninin xassəsi olmasıdır. Bu o deməkdir ki, şüur heç də
materiyanın bütün təzahürlərinə xas deyildir, ancaq insan
beyninin məhsuludur [71, s.152]. Lakin bu o demək deyil
ki, şüur yalnız insan beynində mövcud ola bilər. İnsan öz
şüurunun köməyi ilə şüuru alətə keçirə bilər və o, buna
hökmən nail olacaq. Çünki, ən geniş mənada, İnsanın baş
missiyası məhz misli-bərabəri olmayan və “sökülüb-
yığılan” ölümsüz şüur yaratmaqdan ibarətdir. Məhz bu
funksiyanı reallaşdırdıqdan sonra İnsan özünün əsl insani
əbədi mövcudluğunu təmin edəcəkdir.
Şüurun əsas xüsusiyyətlərindən biri onun inikasın
müxtəlif səviyyələri və növləri ilə səciyyələnməsidir. Bu isə
şüur “materialının” mahiyyətcə informasiyadan başqa bir
şey olmadığını göstərir. Məhz bu səbəbdəndir ki, süni
şüur yaratmaq imkanı tamamilə realdır. İnsan şüurunu
heyvani şüurla eyniləşdirmək mümkün və düzgün
olmadığı kimi, alət şüurunu da insan şüuru ilə
eyniləşdirmək mümkün və düzgün deyildir. Alət şüuru
insan şüurundan daha yüksək şüur olmalıdır. Əks halda
buna cəhd etməyin mənası yoxdur.
Şüurun varlığa nisbətən ikinci, törəmə olsa da,
varlığa fəal, dəyişdirici təsir etmək imkanına malik olması
da onun əsas xüsusiyyətlərindəndir. “İnsanın şüuru
obyektiv dünyanı nəinki əks etdirir, həm də onu yaradır”
[71, s.156]. Lakin insan şüuru yalnız Yer və onun yaxın
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------23------------------------------------
ətrafını fəal mənimsəyə bilir. Halbuki, alət şüuru
bütövlükdə Kainatı mənimsəmək üçündür.
Şüur
Yerdə
insanın
meydana
çıxmasının
məhsuludur. Lakin bu heç də o demək deyil ki, şüurun
formalaşmasında yalnız İnsan və yalnız Yer əsasdır. Şüur
– bütövlükdə Kainatın yetirməsidir.
Şüur nitqlə, dillə və təfəkkürlə qarşılıqlı əlaqədədir
[71, s.162]. Dil, sözlər, nitq – fikrin, şüurun maddi
forması, reallaşması vasitəsidir, maddiləşməsidir. Dil
“fikrin bilavasitə gerçəkliyidir” (K.Marks), insanlar arasında
ünsiyyət vasitəsidir. Dil təfəkkürlə sıx bağlıdır. Lakin dil
təfəkkürə nisbətən daha geniş fəlsəfi mahiyyət daşıyır.
Çünki, dünyada elə şey yoxdur ki, onun dili olmasın [89].
Şüurun psixo-fizioloji və maddi əsaslarını insan
beyni, xüsusilə mərkəzi əsəb sistemi və baş beyin
qabığında gedən fizioloji proseslər və qaunauyğunluqlar
təşkil edir. Lakin bizim fikrimizcə, şüur bu proseslərin
birbaşa məhsulu deyil, həmin proseslərin məntiqinin
nəticəsi kimi meydana çıxır. Başqa sözlə, şüuru törədən
və qoruyub ikişaf etdirən fizioloji proseslərin üzərində
meydana çıxan məntiq prosesidir. Məhz buna görə də
get-gedə daha mürəkkəb məntiqi məsələləri reallaşdıran
proqramlar tərtib etmək yolu ilə müasir kompüterləri daha
mürəkkəb zehni işlərin icrasına cəlb etmək imkanı
yaranmışdır.
İ.P.Pavlova (1849-1936) görə canlı orqanizmlərin
hamısı üçün ümumi inikas qabiliyyəti xasdır: onlar ümumi
fizioloji əsaslarla xarici təsirə cavab verir, qıcıqlanma
vasitəsilə ona əks münasibət bildirirlər. Xarici təsirə belə
ümumi cavabvermənin əsasında birinci siqnal sistemi
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------24------------------------------------
durur. Lakin inikasın yüksək səviyyəsində, insan orqanizmi
xarici təsirə cavabı ikinci siqnal sistemi – sözlər, danışıq
vasitəsilə verir. Bu cür inikas şüurludur, zəkaya malikdir
[71, s.163]. Belə çıxır ki, şüurun əsas elementi dildir.
Dildirsə, onda dili olanların hamısı şüurlu ola bilər.
Belədirsə, özünəməxsus dili olan kompüterin
şüurlanmasına şübhə yeri varmı?
İvan Petroviç Pavlov, rus alimi, təbabət və
fiziologiya elmləri sahələrində ilk Nobel mükafatı almış
rus alimi, fizioloq, rus fiziologiya elminin yaradıcısı.
Yer üzündə bütün maddi və mənəvi mədəniyyətin,
ictimai formaların yaradıcısı və müəyyənedicisi insandır.
İnsan – əmək vasitəsilə insanabənzər məxluqlardan
ayrılaraq, kobud daş alətlərdən başlamış müasir kosmik
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------25------------------------------------
aparatların yaradılmasınadək uzun və mürəkkəb bir yol
keçmişdir. Onun formalaşmasında bioloji, psixoloji və
sosial amillərin vəhdəti mühüm əhəmiyyətə malik
olmuşdur [71, s.167]. Bizim fikrimizcə, bütün bu amillər
Kainatın (xüsusi halda təbiətin və ya təbii olanların) insan
üçün formalaşdırdığı şəraitin təzahürləridir. Çünki, artıq
qeyd etdiyimiz kimi, Dünyada nəyin yaranmasına şərait
yaranırsa, yalnız o yaranır. Şərait isə başdan-başa
təsadüfi, ehtimallı mahiyyət daşıyır. Çünki bu, özünü
qeyri-müəyyənliyin başlanğıc şərti olan mümkün hallar
ansamblı kimi təqdim edir. Yadda saxlamaq lazımdır ki,
zaman özünü qətiyyən çətinliklərə salmağı sevmir. Nəyin
yaradılması mümkündürsə, o yaradılır. Başqa sözlə,
yaranması üçün ən cüzi əhəmiyyət daşıyan bir amilin
başvermə ehtimalı digər cüzi əhəmiyyətli amilin başvermə
ehtimalından son dərəcə kiçik fərqlə də olsa, aşağıdırsa,
o, yarana bilmir. Dünyada gedən proseslər “birləşmiş
qablar qanunu”na oxşar qaydada gedir. Odur ki, hər hansı
prosesi kiminsə və ya nəyinsə “ayağına yazmaq”
tamamilə əsassızdır. Yəni, İnsanı hər şeyin fövqünə
qoymaq, hər şeyə qadir hesab etmək doğru deyildir.
İnsan yalnız onun qarşısında qoyulan vəzifəni yerinə
yetirir. Belə ki, müasir elmi təsəvvürlərə görə, varlıq sahə
(enerji mühiti), plazma (od), hava (qaz), su, torpaq, bitki,
heyvan, insan və alət kimi doqquz mərtəbədən ibarətdir.
Sahə - enerji mühiti olmaqla materiyanın bir növüdür.
Enerji mühiti isə, mahiyyətcə, elektrik və qravitasiya
sahələrinin inteqrasiyasıdır [95]. Yəni, varlığın maddi əsası
başdan-başa enerjidir. Deməli, enerji materiyanın ilk və
əsas növüdür. Odur ki, enerji itmir, artmır, azalmır,
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------26------------------------------------
sadəcə olaraq bir şəkildən başqa şəklə keçir. Lakin enerji
müəyyən ölçülərə malik olduğundan, təbiidir ki, özü
boyda tutum doldurur. Enerjisiz tutum yoxdur (“Jvirblis
yumağı”nı yada sal). Enerji öz tutumunda təsadüfi
paylanmış və dinamik tarazlıqdadır. Buna görə də enerji
sıxlığının müəyyən həddində plazma (od) meydana çıxır.
Bu isə o deməkdir ki, vahid tutumun bir hissəsini sıxlığı
nisbətən az olan enerji, digər hissəsini isə plazma tutur.
Plazma ilə qarşılıqlı fəaliyyətdə olan enerji ”enerji-plazma”
assosiasiyası yaratdığından, artıq heç bir cəhətdən əvvəlki
(plazmasız) enerji deyildir və təbii ki, tutum da əvvəlki
tutum deyil. Yəni, enerjinin bir hissəsinin plazma şəklinə
düşməsi köklü keyfiyyət dəyişikliyidir. Odur ki, enerji və
plazmanın qarşılıqlı təsirindən qaz əmələ gəlir. Bu dəfə
”enerji-plazma-qaz” assosiasiyası yaranır və enerji
tutumunun bir hissəsini də qaz tutur və yenidən köklü
keyfiyyət dəyişikliyi baş verir. İndi nə enerji əvvəlki
enerjidir, nə də plazma əvvəlki plazma. Bu dəyişiklik
enerji, plazma və qazın qarşılıqlı təsirini su əmələ
gətirməyə yönəldir. Su öz ilkin şərtləri olan enerji, plazma
və qazı bütün cəhətlərdən dəyişikliyə uğradır. Beləliklə,
enerji tutumunun bir hissəsini də su zəbt edir. Yenə də
yeni keyfiyyət şəraiti meydana çıxır və enerji, plazma, qaz
və su bir inteqrasiya düyünü (assosiasiya) yaradaraq
torpaq törədir. Torpaq da ”öz əcdadları” olan enerji,
plazma, qaz və suyu dərin keyfiyyət dəyişikliyinə məruz
qoyub, tamamilə yeni şərait meydana çıxarır ki, bu da
bitki yaranması ilə nəticələnir. Bu dəfə bitki öz ”işini”
görüb, heyvan törədir və bütövlükdə kainatdakı tutum
bölgüsü yenidən dəyişir. Heyvan dünyada öz yerini
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------27------------------------------------
tutduqdan sonra isə öz ilkin şərtləri olan enerji, plazma,
qaz, su, torpaq və bitki ilə qarşılıqlı fəaliyyətdə insanı
meydana çıxarır. İnsanın dünyada peyda olması enerji,
plazma, qaz, su, torpaq, bitki və heyvanda mühüm
dəyişikliklər törədir. Bu dəyişiklik alət yaranmasına gətirib
çıxarır. Alətin əsas xarakterik xüsusiyyəti, artıq qeyd
etdiyimiz kimi, onun sökülüb-yığılan olması, başqa sözlə,
modul prinsipində qurulmasıdır.
Elmi məntiq göstərir ki, alət də özündən əvvəlkilərlə
inteqrasiya olunaraq düşünən alət yaratmalıdır. Müasir
kompüterlər gələcək düşünən alətin, sökülüb-yığılan
şüurun ibtidaisidir. Beləliklə, dünyaya gələn hər yeni
inteqrasiya elementi əvvəlki elementləri bu və ya digər
dərəcədə dəyişdirib, yeni şərait törədir. Odur ki, alətin
təbiəti və insanı dəyişdirməsi obyektiv, qanunauyğun
prosesdir. Düşünən alət də özündən əvvəlkilərin hamısını
dəyişdirəcəkdir.
Lakin burada bir məsələyə də toxunmamaq qeyri-
mümkündür. Belə ki, plazma yaranan andan enerji ilə
plazmanın ”yanaşı yaşaması” və ya vəhdəti və eyni
zamanda hər ikisi üçün ortaq olan tutum uğrunda
mübarizəsi başlanır. Bu mübarizə nəticəsində qaz əmələ
gəlir və bu məqamdan tutum uğrunda üç element
”didişməyə” başlayır. Yəni, hər elementə düşən tutum
payı get-gedə azalır. Bu isə ortaq resurslardan qənaətlə
istifadə motivi yaradır. Digər tərəfdən, dünyaya yeni
gələn hər bir inteqrasiya elementi özündən əvvəlkilərin
müəyyən dərəcədə keyfiyyət dəyişikliyinə bais olub, yerini
dar eləsə də, onları məhv edib sıradan çıxarmır. Həm də
dünyaya gələn hər yeni inteqrasiya elementi dəyişiklik
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------28------------------------------------
intensivliyini kəskin şəkildə artırır. Belə ki, hər addımda
yeni keyfiyyət dəyişikliyinin meydana çıxması üçün daha
az vaxt tələb olunur. Bu isə o deməkdir ki, düşünən alət,
başqa sözlə, sökülüb-yığılan şüur daha intensiv
dəyişikliklər törədib, insanın əbədi-əzəli arzularını
görünməmiş böyük sürətlə reallaşdıracaqdır.
Bugün tam məsuliyyətlə təsdiq etmək olar ki,
düşünən alət, sökülüb-yığılan şüur üçün lazımi şərait və
minimal mövcudluq mühiti yaranmaqdadır (Компьютер
становится
полноценным
живым
существом.
«Техника-молодежи», октябрь, 1999 г. c.15). Lakin
həm şərait, həm də minimal mövcudluq mühiti dinamik
xarakterlidir. Odur ki, sökülüb-yığılan şüur bugün-sabahın
yarada biləcəyi şəkildə yaranmaya da bilər. Lakin yeni
şəraitə uyğunlaşmaq imkanları tükənmədikcə, qlobal süni
intellekt tez-gec mümkün olan şəkildə və münasib
biçimdə meydana çıxacaqdır.
Bundan əlavə, enerji mühiti olan sahədən düşünən
alətə, sökülüb-yığılan şüura qədərki məntiqi mülahizələr
heç də o demək deyildir ki, bu proses biristiqamətli,
birbaşa, sadədən mürəkkəbə, ibtidaidən aliyə keçid
prosesidir. Xeyr! Yuxarıda təsvir etdiyimiz prosesin hər
mərhələsində geriyə qayıdış baş verir. Belə ki, enerji
sıxlığı intensivliyi artaraq müəyyən həddi keçib plazma
yaratdığı andan plazmanın sönməsi prosesi də başlanır.
Bu prosesin qanuni nəticəsi kimi meydana çıxan qaz
yarandığı məqamdan öz yekcinsliyini və maddəsini
itirməyə başlayır, nəticədə qazın biri digərində yanıb suya
çevrilir. Su da yaranan andan həm reduksiyaya məruz
qalır, yenidən hidrogen və oksigenə parçalanır, həm də
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------29------------------------------------
torpağın meydana gəlməsində iştirak edərək, sərf olunur
və s. Odur ki, bütövlükdə varlıq ümumi kütləsi dəyişməz
olan enerjinin müxtəlif sıxlıqlarla və daimi dəyişmələrdə
mövcud olmaq xassəsinin təzahürü kimi meydana çıxır.
Lakin fəlsəfə tarixində heç də həmişə İnsanın
mahiyyətinə bioloji, sosial və mənəvi-psixoloji amillərin
vəhdəti kimi baxılmamışdır. Antik fəlsəfə insanı “mikro-
kosm” adlandıraraq ona kainatın bir hissəciyi kimi
baxmışdır. İslam, xristian və digər dini fəlsəfədə insana
ruh və bədənin vəhdəti kimi münasibət bəsləmişlər.
İdealist fəlsəfə bütünlükdə insana ideal, ruhi, mənəvi
tamlıq kimi baxmışdır. Materialist fəlsəfə isə insana
biopsixo-sosial varlıq kimi baxır, onu bəşər cəmiyyətinin
yaratdığı ən qiymətli sərvət hesab edir [71, s.167].
Gördüyümüz kimi, insanın gah bu, gah da digər
cəhəti qabardılır, ön plana çəkilir. Buna görə də insan bir
bütöv olaraq olduğu kimi təsvir edilmir. Odur ki, İnsan
problemi öz bitkin həllini gözləməkdədir.
İnsan kimdir? Dünyada onun yeri və məqsədi,
cəmiyyətdə borcu və vəzifələri nədən ibarətdir? Dünyanın
ən böyük müdrikləri insanı gah ağıllı varlıq (“homo
sapiens”), gah yaradıcı varlıq (“homo faber”), gah şüurlu
fəaliyyət göstərən varlıq (“homo agens”), gah emosiyalı,
təbəssümlü varlıq (“homo ludens”), gah da əxlaqlı varlıq
(“homo moralis”) və s. adlandırmışlar. Yunan sofisti
Protaqorun fikrincə, ”bütün şeylərin meyarı insandır”.
Sokrata görə insan “xeyri dərk edən və yaradandır”.
Demokrit hesab edir ki, “İnsana lazım olan nə varsa
hamısını insan təbiətdə və özündə tapmalıdır”. Platona
görə insan ruhla bədənin vəhdətidir, lakin bunlar bir-
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------30------------------------------------
birinə ziddir: ruh insanidir, yüksəkdir, bədən isə yalnız
aşağı və ruha düşmən olan materiyadır. Aristotelin
təsəvvüründə insan bu dünyaya təbiətlə vəhdətdə, onunla
daxilən bağlı olan vücud kimi gəlir və vahid üzvi təbiətin
inkişafı prosesində cismani-mənəvi təkamül yolu ilə
irəliləyir. Aristotelə görə insanı ruhu, təfəkkürü, yaddaşı,
dərk edilmiş iradəsi və incəsənətə meyli fərqləndirir.
Aristotel insanı ictimai heyvan sayır. İnsan özünə
cəmiyyət və dövlət yaradıb, orada yaşayır. Lamerti: “insan
maşındır”- fikrindədir. Hobbs insanı “zəkaya malik
heyvan” hesab edir. C.Lokkun fikrincə, insan “mənəvi və
ictimai heyvandır”. Holbaxa (1723-1789) görə, “insan
özünü mühafizəyə və səadətə səy edəndir”. Fransız
materialistlərinin fikrincə, “insan yalnız
duyğu
məcmusudur”. Helvetsi (1715-1771) göstərir ki, “fiziki
həssaslıq insanın özüdür, insan nədirsə, onun hamısının
mənbəyidir”. Hegelə görə insan cəmiyyəti, bəşəriyyət əsil
”ruh səltənətidir”. Feyerbax (1804-1872) inanır ki, insanın
həqiqi varlığı onun məhəbbətidir, qarşılıqlı münasibətidir,
işidir, əməlidir. Fransız materialistləri insanın həqiqi
varlığını əsasını hissi həzz təşkil edən zövqdə görürdülər
[71, s.175].
Bizim fikrimizcə, İnsan təbiətin alt sistemi olmaqla,
təbii resursları maddi və mənəvi sərvətlərə çevirən böyük,
mürəkkəb, dinamik, idarəediləbilən, təbiət tərəfindən
müəyyən bir məqsədə doğru yönəldilən fiziki, bioloji,
sosial, ehtimallı, dövri (dönərli), qeyri-xətti, mükəmməl,
etibarlı, açıq, özü-özünü tənzimləyən, öyrədən, təşkil
edən, təkmilləşdirən inteqrasiya edilmiş fəal bir sistemdir
[89, s.22-23].
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------31------------------------------------
Protoqor
Sokrat
Demokrit
Aristotel
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------32------------------------------------
Platon
Con Lok
İnsan elə sistemdir ki, onun icra etdiyi qlobal
funksiya forma və məzmunca bir-birinə bənzəməyən,
reallaşdırma mənbələri və üsulları cəhətdən bir-birindən
fərqli olan çoxşaxəli, çoxparametrli və çoxgedişli lokal
funksiyalar iyerarxiyası kimi mövcuddur [89, s.26].
İnsanın məzmunu-yaddaşının məzmunudur [89,
s.121]. Odur ki, İnsanın heyvani həyat sürmək hüququ
yoxdur [89, s.130]. Çünki, İnsanlıq – ağıl və şüurun
sintezidir [89, s.32].
Müasir qabaqcıl fəlsəfə insanı təbiətin bir hissəsi kimi
deyil, əksinə onu təbiətin ən yüksək məhsulu kimi, xüsusi
biçimli bir təbii varlıq kimi hesab edir, ən yeni fəlsəfi
konsepsiyalar insanı təkcə materiyanın bioloji hərəkət
forması kimi deyil, həmçinin materiyanın yüksək forması
olan ictimai materiya kimi öyrənməyi lazım bilir [71,
s.175]. Halbuki, Jak Leb (1859-1924) sübut etmişdir ki,
yumurta hüceyrələrinin inkişafı üzrə bütün işi kalsium,
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------33------------------------------------
natrium və kalium ionları öz öhdələrinə götürə bilir. Yəni,
həyatın mənbəyi sadə texnoloji xətt üzərinə keçirilə
biləndir.
baron Pol Anri Holbax
Klod Adrian Helvetsi
Odur ki, J.Leb biologiyanın Fordu adlandırılmışdır. O,
başqalarından çox əvvəl peyğəmbərcəsinə söyləmişdir ki,
irsiyyətin dili maddidir və hüceyrənin sirri kimya dilində
şifrlənmişdir. ”Biz ya süni canlı materiya yaratmağa nail
olmalıyıq, ya da bunun niyə mümkün olmadığını izah
etməliyik. Əgər bizim mövcudluğumuz molekullar
dünyasındakı təsadüflər oyunu üzərində qurulubsa, əgər
biz özümüz yalnız kimyəvi qurğu və ya mexanizmiksə,
onda etikamız necə əmələ gəlir? Cavab sadədir:
instinktlərimiz etikamızın təməlini təşkil edir, onlar da
bədənimizin forması kimi gerçəkdirlər. Biz ona görə yeyib,
içib, doğub-törəmirik ki, bu cəmiyyətdə belə razılaşdırılıb,
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------34------------------------------------
ona görə ki, biz bunu etməyə bilmirik. Bizim davranışımız
öz tərəfimizdən proqramlaşdırılmayıb, bunun səbəbkarı
irsiyyət aparatındadır. Biz öz hüceyrələrimizə tabeyik. Ana
balasını metafizikcəsinə və ya dini təsəvvürlərə görə
sevib, bəsləmir, onu analıq instinkti idarə edir. Biz ona
görə səadət və ədalət uğrunda mübarizə edirik ki, həmin
instinkt bizim hüceyrələrimizdə bizdən əvvəl mövcuddur.
Bizim hüceyrələrimiz ikili həyat yaşayır: onlar öz
ömürlərinin yalnız bir hissəsini özlərinə sərf edirlər,
bütövlükdə orqanizm üçün isə daha çox və uzun müddət
işləyirlər. Lazım gəldikdə onlar hətta özlərinin birgəyaşayış
maraqları naminə qurban getməyi də bacarırlar”. J.Lebin
bu fikrinin bir sözü də köhnəlməmişdir. Halbuki, bu fikirlər
ikiqatlı DNK spiralının kəşfindən 41 il, ilk kompüterlərin
meydana çıxmasından isə yarım əsr əvvəl söylənmişdir.
Gec də olsa, artıq başa düşülmüşdür ki, İnsanın ikili
dünyası onun hüceyrəsindən başlanır. Qoşa DNK
zəncirinin komplementarlığı, başqa sözlə, bir-birini
qarşılıqlı tamamlaması struktur və funksiyanın əlaqəsini
anlamağa açar verdi. Biologiyada DNK, RNK və zülallar
dünyası vahid xətti lüğətdə birləşdi. DNK xətti genlərdə
reallaşmamış informasiya saxlayıcısı, RNK və zülallar
dünyası isə hüceyrənin fəza layihəsinin tərtib edildiyi
emalatxana kimi mənalandırıldı. (Bax: В.С.Репин
.
Двойная жизнь клеток. ”Независимая Газета” -
Интернет-версии, 20 октября 1999 г.).
Lakin düşünən alət sökülüb-yığılan şüura malik
olduğundan, o, insandan daha yüksəkdə durur və ictimai
materiyadan virtual şüura keçidi reallaşdırmağa yönəlir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------35------------------------------------
İnsan, onu yaradan şəraitin elementləri olan
müxtəlif xarakterli amillərin təbii nisbətlərinin məhsuludur.
Onu həddən artıq biolojiləşdirmək də zərərlidir,
sosiolojiləşdirmək də. Onun imkanlarını kiçiltmək də
xatalıdır, şişirtmək də. Odur ki, elmi fəlsəfə insanda bioloji
və sosialı vəhdətdə götürür, onun formalaşmasında
ictimai əlaqə və cəhətləri əsas götürsə də, insanın ümumi,
fərdi xüsusiyyətlərini, şəxsiyyət kimi özünəməxsusluğunu,
hətta onda intuitiv keyfiyyətlərin olduğunu da inkar etmir
[71, s.177].
İnsan fiziki və mənəvi, təbii və sosial, irsi və həyatda
əldə edilənlərin vəhdətindən ibarət canlı sistemdir. İnsan
həm hadisələrin təbii əlaqəsinə qoşulur, həm də bioloji
(biofiziki, biokimyəvi, fizioloji) qanunauyğunluqlara
tabedir; insan şüurlu psixik və şəxsiyyət səviyyəsində
spesifik
qanunauyğunluqları
olan
sosial
varlığa
çevrilmişdir. İnsanın fiziki, morfoloji orqanizmi kainatda
materiyanın ən yüksək mütəşəkkil formasıdır [6, s.463].
Bu sonuncu hökmü, yəni insan orqanizminin kainatda
materiyanın ən mütəşəkkil forması olmasını sübut etmək
lazımdır. Çünki bu fikir hətta Yer kürəsində də sübut
edilməyə ehtiyac duyur.
İnsan bütövlükdə bioloji, sosial, psixik-mənəvi
ölçülərin təşkil etdiyi tamlıqdır. Lakin insanı istiqamət-
ləndirən və onu ətraf mühitlə bağlayan onun
dünyagörüşüdür,
mənəvi
simasıdır,
iradəsi və
mənəviyyatıdır [71, s.178]. Yəni, İnsanın insaniliyi ilk
növbədə, onun mənəviyyatı, başqa sözlə, yaddaşının
məzmunudur.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------36------------------------------------
Lüdviq Andreas Feyerbax
Jak Leb
Müasir texniki sivilizasiya şəraiti, elmi-texniki inqilab
insanda bioloji olanı pis vəziyyətə salmış, onun təbii
vəziyyətini pozmuş, yaşamasını təhlükə altına almışdır
[71, s.179]. Yəni, İnsan dünyaya alət gətirməklə həm də
öz qəbirqazıyanını yaratmışdır. Lakin insan özü də
dünyaya gələndə özündən əvvəlkilər üçün müəyyən
mənada, qəbirqazıyan kimi gəlmişdir. Heyvan da özündən
əvvəlkilərin qəbiqazıyanıdır və s. Bununla belə, bu
qəbirqazıyanlar zənciri həm də seleksiyaçıdırlar. Belə ki,
plazma enerjinin bir hissəsini udsa da, qalanını özünə
münasib şəkildə seçib qoruyur. Qaz isə həm enerjinin,
həm də plazmanın bir hissəsini mənimsəyib, qalanını
başqa şəklə salıb qoruyur və s. Beləliklə, müasir texniki
sivilizasiyanın insanın bioloji əsaslarına son dərəcə
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------37------------------------------------
təhlükəli təsirini qətiyyən inkar etmədən, onu da nəzərdə
saxlamaq lazımdır ki, alət insanın məhvinə deyil,
inkişafına xidmət etmək missiyası daşıyır.
Fəlsəfi ədəbiyyatda belə bir fikir var ki, “İnsan
yeganə varlıqdır ki, özünün ölümünün baş verəcəyini,
həyatının müvəqqəti olmasını dərk edir” [71, s.179]. Lakin
bizim fikrimizcə, zamana tabe olan hər şey özünün
keçəriliyini bu və ya digər dərəcədə “duyur” və öz
imkanları daxilində zamanla əlbəyaxa vuruşa girir və bu
vuruşda nə qədər davam gətirirsə, bir o qədər mövcud
olur. Var olanın daxili quruluşu nə qədər möhkəm olursa,
müqaviməti bir o qədər çox olur və bu səbəbdən də öz
müvəqqətiliyini bir o qədər az “hiss” edir. Daxili quruluşca
nisbətən zəif olan onu dağıtmağa yönələn qüvvələrə
birbaşa müqavimət göstərə bilmədikcə, daha çox
adaptasiya imkanlarına ümid bağlayır. Bu imkanlar da
hüdudsuz deyildir, tez-gec tükənir. Belələri özlərinin
ötəriliyini daha kəskin “hiss” edirlər. İnsanın öz
müvəqqətiliyini daha dərindən duyması sübut edir ki,
insanı özünün zəifliyi yaratmışdır. Lakin müvəqqəti
olanların bu və ya digər formada törəmək imkanları
olduğundan, müvəqqətilik ayrı-ayrı təşkiledicilərə daha
çox aid olan haldır. Mütləq bütöv əbədi, ən böyük nisbi
bütöv az qala əbədi, kifayət qədər böyük nisbi bütöv
kifayət qədər uzun ömürlü və s. olur.
İnsan öz müvəqqətiliyini dərk etdiyindən, həyatın
məqsədi və mənası məsələsi onu daim düşündürmüşdür.
İnsan həyatının mənası xeyir və şər, ədalət və
ədalətsizlik, həqiqət və yalan arasında düzgün mövqe
tutub məqsəd seçməkdən, həmin hərəkətlərə cavab
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------38------------------------------------
tapmaqdan ibarətdir. İnsan çox zaman həmin suallara
dini mövqedən cavab verməyə çalışıb. Dini təlimlərə görə
insan həyatının mənası Allaha etiqad, əbədi olana daxili
inam hissi aşılamaqdan ibarətdir. K.Marks insan həyatının
mənasını cəmiyyətə bağlayır, fərdin əsas keyfiyyətini
cəmiyyətə xidmətdə görür. L.N.Tolstoya görə insan
həyatının mənası bəşəriyyətə xidmət etməsindədir.
L.N.Tolstoy insanın bioloji ölümünü qəbul etməklə, bütün
yaradıcılığı boyu insanın mənəvi ölməzliyi ideyasını
tərənnüm etmişdir [71, s.179-180]. Bəli! Bioloji varlıq
olaraq həm ayrı-ayrı adamlar, həm də bütövlükdə
bəşəriyyət tez-gec ölüb gedəcəkdir. Bugün ayrı-ayrı
adamlar bəşəriyyəti qorumaq üçün doğub-törəsələr də,
bu üsul bioloji material üzərində yüksələn bəşəriyyətin
əbədiliyini təmin etməyə qadir deyildir. Odur ki, insan
həyatının əsas mənası və baş məqsədi öz bəşəri
mənəviyyatını, başqa sözlə, insanda bioloji olmayan nə
varsa, hamısını bütünlüklə süni şüura keçirməyə
yönəlmişdir. Çünki yalnız sökülüb-yığıla bilən süni şüur,
süni intellekt Kainatın bütövlükdə sahibi olub, əsl İnsani
missiyanı əbədi davam etdirə bilər. Buna görə də bir daha
qeyd edirik ki, insanın əbədi ölməzliyi onda insani
olanların hamısını süni intellektə yükləməklə mümkündür.
Müasir elmin və ictimai praktikanın inkişafı göstərir
ki, bizi əhatə edən hadisələrin mahiyyətini, onların inkişaf
qanunauyunluqlarını dərk etmək, təbiət və cəmiyyətin
mütərəqqi surətdə
yenidən
qurulması
uğrunda
mübarizənin yollarını və vasitələrini müəyyən etmək yalnız
idrak haqqında düzgün nəzəri-fəlsəfi konsepsiyaya
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------39------------------------------------
yiyələnməklə mümkündür [71, s.181-182]. Assosiativ
təfəkkürə ehtiyacın aktuallığı məhz bu problemlə bağlıdır.
Təfəkkür prosesinin alqoritmik xarakter daşıması
onun bütünlüklə süni şəkildə reallaşması üçün ilkin
şərtdir. Yeri gəlmişkən göstərək ki, hətta empirik
səviyyədə də bəşəri (sintetik) idrak güclü dərketmə
səviyyəsi nümayiş etdirə bilir. Belə ki, hələ çox qədimlərdə
də insanlar bir sıra hadisələrin mahiyyətini əsasən düzgün
qiymətləndirə bilmişdilər. Müasir elmin indi-indi gəlib
çıxdığı nəticələrin bir qismini qədim oğuzlar, çinlilər,
yunanlar... bir neçə min il bundan əvvəl söyləmişdilər.
İndi Avropa alimlərinin adına yazılan fikirlərin demək olar
hamısı daha qədim zamanlarda Asiya xalqlarına bəlli
olmuşdur. Bizim fikrimizcə, bu, assosiativ təfəkkürün
geniş imkanlarından xəbər verən çox mühüm faktdır.
Yəni, insan hələ indiki səviyyəsinə çatmazdan çox-çox
əvvəllərdən güclü intuisiya qabiliyyətinə malik olmuşdur.
Onun bu qabiliyyəti ilk növbədə, onun nisbətən fiziki
zəifliyinin kompensasiyaedicisi kimi meydana çıxmışdır.
İnsan öz fiziki zəifliyini alətin hesabına aradan qaldırdıqca
öz intuisiya qabiliyyətlərinin bir qismini tədricən itirmiş,
əvəzində elmi-praktik zəkaya malik olmuşdur. Yəni,
müdriklik
ilk
zamanlarda
şamanlıq
(cadukarlıq)
formasında, sonra şairlik (sənətkarlıq), sonra isə həkimlik
(alimlik) və filosofluq (münəccimlik) formasında meydana
çıxmışdır. Lakin şamanlıqda şairlik, həkimlik və filosofluq,
şairlikdə şamanlıq, həkimlik və filosofluq, həkimlikdə
şamanlıq, şairlik və filosofluq, filosofluqda isə şamanlıq,
şairlik və həkimlik olmuşdur, vardır və olacaqdır.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------40------------------------------------
Hissi idrak – dünyanın dərk edilməsinin əsas,
başlanğıc və ilkin mərhələsidir [71, s.185]. Lakin bu, onun
heç də tamamilə zəifliyi demək deyildir. Təkcə “Koroğlu”
dastanının assosiativ təhlili sübut etmişdir ki, intuitiv
duyumlarla Kainatın müxtəlif hadisələrini kifayət qədər
dəqiq və səlis izah etmək imkanı vardır [89].
Hissi idrak üç əsas formada – duyğu, qavrayış və
təsəvvür formalarında baş verir. Duyğu – xassənin
inikasıdır [71, s.185]. Lakin dialektik materializmdən fərqli
olaraq, bizim fikrimizcə, duyğu yalnız maddi olanın bu və
ya digər xassəsinin inikası deyildir, o, həm də qeyri-
maddinin müəyyən cəhətinin fərdi inikasıdır. Duyğu
obyektiv gerçəkliyin subyektiv obrazıdır [71, s.186]. Lakin
obyektiv gerçəkliyi yalnız maddi olana müncər etmək
naqisdir, çünki subyektdən kənardakıların hamısı (maddi
və qeyri-maddi) obyektiv olandır. Varlıq bir duyğu
yaradırsa, yoxluq da başqa duyğu yaradır.
Obraz predmet və hadisənin duyğu nəticəsində əldə
olunan ilkin, ən sadə inikas formasıdır. Duyğunun köməyi
ilə bizim şüurumuzda predmet və hadisənin ayrı-ayrı
xassələri və həm də təcrid olunmuş şəkildə əks olunur.
Həmin predmetlər haqqında bütöv obraz isə hissi idrakın
nisbətən daha yüksək və mürəkkəb forması olan qavrayış
vasitəsilə mümkündür. Qavrayış – müşahidə nəticəsində
əldə olunan maddi predmetin hissi bütöv obrazıdır. Lakin
əslində, qavrayış həm də xəyali olanın obrazıdır. Hissi
idrak prosesində həyəcan, ehtiras, qəzəb, qorxu, sevgi,
nifrət, simpatiya, antipatiya, razılıq, sevinmək və s.
şəklində təzahür edən emosiyaların da böyük rolu vardır.
Emosiyalar – insan hissiyyatının kompleks və mürəkkəb
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------41------------------------------------
formalarıdır [71, s.186-187]. Bizim fikrimizcə, emosiyalar
insandan əzəlidir və insan kamilləşdikcə emosiyalarının bir
qismi öz intensivliyini az və ya çox dərəcədə itirmiş, itirir
və itirəcəkdir. Çünki inkişafın istiqaməti “ictimai
heyvan”dan “texniki insan”a, oradan da “insani texnika”ya
yönəlmişdir.
Bizim anlamımızda alət nə qədər ki, insanın yaxın
ətrafındadır, onu “texniki insan” saymaq doğru deyildir.
Alət insan orqanizminə nüfuz etdikcə, onun zəruri
ünsürünə çevrildikcə, insan texnikiləşir. Bu mənada,
“texniki insan” – təbii-bioloji və texniki elementlərin
inteqrasiyasıdır [80]. Texniki element dedikdə, insan
orqanizminə süni surətdə daxil edilən ixtiyari təbiətli
funksional ünsür nəzərdə tutulur. Beləliklə, “texniki insan”
“ictimai heyvan”ın “element bazası”nın süni elementlər
hesabına gücləndirilməsi yolu ilə meydana çıxan daha
genişimkanlı şüurlu məxluqdur.
İnsanın psixik-mənəvi və sosial mahiyyətinin
texnikaya köçürülməsi isə dünyaya ”insani texnika”
gətirir. Yəni, ”texniki insan”dan fərqli olaraq ”insani
texnika” yükü bəşəriyyətin nail ola bildiyi qlobal mənəvi
yükdən ibarət olan xalis texniki sistemdir. Özü də bu
proses artıq xeyli vaxtdır ki, başlanmışdır. Belə ki, insanın
bir sıra daxili orqanlarının və ətraf əzalarının
protezləşdirilməsi, gen mühəndisliyinin nailiyyətlərindən
get-gedə daha geniş və səmərəli istifadə edilməsi ”texniki
insan”a keçidin, günü-gündən daha çox və daha
mürəkkəb zehni işlərin, beynin daha mürəkkəb
funksiyalarının alqoritm və proqramlarının tərtibi yolu ilə
kompüterlərə həvalə edilməsi isə ”insani texnika”ya
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------42------------------------------------
keçidin başlandığını və uğurla davam etdirildiyini sübut
edir. Lakin hələlik həm ”texniki insan”, həm də ”insani
texnika” ibtidai inkişaf səviyyəsindədir.
Göründüyü kimi, indi artıq klassik mənada başa
düşülən İnsan (“homo sapiens”) öz yetirmələri olan
”texniki insan” və ”insani texnika” ilə çiyin-çiyinə
addımlamaqdadır. Yəni, İnsan özünün ən yaxın
əvəzedicisi kimi dünyaya gətirdiyi övladla yanaşı, həm də
orta və uzaq əvəzediciləri olan ”texniki insan” və ”insani
texnika”nın ”beşiyi başında dayanmışdır”.
Dostları ilə paylaş: |