Maliyyə hesabatı 90
Hesabat dövrü ərzində ödənilmiş ümumi faiz məbləği müvafiq
MMUS-ə uyğun olaraq, pul vəsaitlərinin hərəkəti haqqında hesabatda açıq-
lanır.
Fyuçers, forvard, opsion və svop müqavilələrindən yaranan pul
vəsaitləri investisiya fəaliyyəti nəticəsində yaranan pul vəsaitlərinin hərəkəti
kimi əks etdirilir.
Ödənilmiş və ya geri qaytarılmış mənfəət vergisi ayrıca açıqlanmalı
və əməliyyat fəaliyyətindən əmələ gələn pul vəsaitlərinin hərəkəti kimi
təsnifləşdirilməlidir.
Pul vəsaitlərinin hərəkəti, onunla bağlı hər hansı alınmış aktivlər üzrə
əvəzləşdirilən ƏDV, habelə satış ilə bağlı ƏDV və digər vergilər çıxılmaqla
göstərilməlidir.
Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın forması aşağıda
verilmişdir:
“A” müəssisəsi üzrə Pul vəsaitlərinin hərəkəti haqqında hesabat 31 dekabr 20X3-cu il tarixə (manatla)
Qeydlərə
istinad
20X2
20X3
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti Hesabat dövründə xalis mənfəət və zərər
x(x)
x(x)
Aşağıdakı maddələr üzrə düzəlişlər:
azlıq təşkil edən mülkiyyətçilərin payı
mənfəət vergisi üzrə xərclər
qeyri-pul madələri üzrə gəlirlər və xərclər
investisiya fəaliyyəti və ya maliyyələşdirmə üzrə
fəaliyyətə aid olan digər maddələr
x(x)
x(x)
x(x)
x(x)
x(x)
x(x)
x(x)
x(x)
Aşağıdakı maddələr üzrə baş verən dəyişikliklər:
ehtiyatlar
əməliyyat debitor borcları və gələcək dövrlərin
xərcləri
əməliyyat kreditor borcları və hesablaşmalar
x(x)
x(x)
x(x)
x(x)
x(x)
x(x)