Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə153/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   149   150   151   152   153   154   155   156   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
166 
lərini və maliyyə vəziyyətini əks etdirən informasiyalarda düzəliş aparmaq 
və göstəriciləri müqayisəli görünüşə gətirmək lazımdır. 
Misal. 
Əvvəlki dövr ərzində təşkilat 1000 min man. məbləğində xalis 
mənfəət əldə etmişdir. Hesabat dövrü ərzində xalis mənfəətin məbləği 1500 
min manata bərabər olmuşdur. Riyazi nöqteyi-nəzərdən xalis mənfəətin 
məbləği 500 min man. (1500 min man. -1000 min man.) çoxalmışdır. Nə-
zərdən keçirdiyimiz dövrlər ərzində inflyasiyanın sürəti 70% təşkil etmişdir. 
Müvafiq surətdə pul vəsaitlərinin alıcılıq qabiliyyəti aşağı düşmüşdür. 
Göstəriciləri müqayisəyə gətirmək üçün əvvəlki ilin xalis mənfəətində cari 
ilin inflyasiya sürəti ilə əlaqədar düzəliş aparmaq lazımdır. Düzəliş məbləği 
700 min man. (1000 min man. x 70%) təşkil edir. Yenidən hesablamanı 
nəzərə alsaq, xalis mənfəət məbləği 200 min man. (1700 min man.- 1500 
min man.) azalmışdır. 
İnflyasiya sürəti hiperinflyasiya mərhələsinə keçdikdə onun mütləq 
əhəmiyyəti Standartda müəyyənləşdirilməmişdir. 30

-li MMUS-ə uyğun 
surətdə maliyyə hesabatlarında düzəliş edilməsi haqqında verilən qərar 
subyektiv məna daşıyır. 
Hiperinflyasiyanın mövcudluğu aşağıdakı qaydada xarakterizə 
olunur: 

Əhali, qaydaya görə özünün pul yığımını qeyri-pul formasında, 
yaxud nisbətən stabil xarici valyuta ilə qoruyur; 

Əhali, qaydaya görə özünün pul yığımını ölkənin milli valyutası ilə 
deyil, stabil xarici valyuta ilə qoruyur. Milli valyuta ilə məbləğ, onun 
alıcılıq qabiliyyətini identifikasiya etmək üçün daha stabil xarici valyuta ilə 
qiymətləndirilir; 

Satış, kreditlə alışa bərabər surətdə kreditin verildiyi müddətdə 
onun alıcılıq qabiliyyətinin ehtimal olunan itkisi qiymətilə əvəzlənir (hətta 
kreditin müddəti qısa olduğu hallarda da); 

əməkhaqqı, qiymətlər və faiz dərəcələri qiymət indeksləri nəzərə 
alınmaqla düzəlişə məruz qalır; 

üç il ərzində inflyasiyanın ümumi artımı 120%-ə yaxınlaşır, yaxud 
onu üstələyir. 
Maliyyə hesabatında hiperinflyasiya mərhələsində olan ölkənin 
valyutası əsasında düzəliş aparmaq mühakimələrin formalaşması prosesində 
müəyyən fəaliyyət göstərilməsini və subyektiv fikirlər irəli sürülməsini 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin