Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə151/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   147   148   149   150   151   152   153   154   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
164 

Əhali, ümumiyyətlə, vəsaitlərini qeyri-monetar aktivlərində və ya 
nisbətən möhkəm xarici valyutada saxlamağa üstünlük verir. Yerli valyu-
tada olan pul məbləğləri alıcılıq qabiliyyətinin saxlanılması məqsədilə
dərhal investisiya olunur; 

Əhali, özünün pul məbləğlərini yerli valyutada deyil, nisbətən 
möhkəm xarici valyutada nəzərdən keçirir. Qiymətlər də həmin valyutada 
göstərilə bilər; 

Kreditlə alış və satış əməliyyatları kreditin verildiyi müddət ərzin-
də, hətta bu müddət qısa olsa da, gözlənilən alıcılıq qabiliyyətinin düşməsini 
kompensasiya edəcək qiymətlər əsasında həyata keçirir; 

faiz dərəcələri əməkhaqlarına və qiymət indekslərinə bağlıdır; 

üçillik məcmu inflyasiya dərəcəsi 100 faizə yaxın və ya ondan 
artıqdır. 
Hiperinflyasiya şəraitində olan eyni ölkənin valyutasında hesabat 
verən bütün müəssisələrin 30 

-li Standartı eyni tarixdən tətbiq etməsi 
məqsədəuyğun olardı. Buna baxmayaraq, həmin Standart valyutasında 
hesabat verdiyi ölkədə hiperinflyasiyanın mövcud olduğunu göstərdiyi 
hesabat dövründən başlayaraq istənilən müəssisənin maliyyə hesabatlarına 
tətbiq olunur. 
Maliyyə hesabatları ilkin dəyər əsasında ümumi qiymət səviyyəsində 
dəyişikliklər və ya yenidən qiymətləndirilə bilən torpaq, tikili və avadan-
lıqlar və investisiyalar istisna olmaqla, mövcud aktivlərin müəyyən 
qiymətlərində artırmaq nəzərə alınmadan tərtib olunur. 
Bu Standart Maliyyə hesabatlarını hiperinflyasiya şəraitində olan 
iqtisadiyyatın valyutasında hazırlayan müəssisələrin maliyyə hesabatlarına 
tətbiq edilir. Standartda tələb olunan məlumatların yenidən tərtib olunmayan 
maliyyə hesabatlarına əlavə olaraq təqdim olunmasına icazə verilmir. 
Bundan əlavə, maliyyə hesabatlarının yenidən tərtib olunmadan əvvəl ayrıca 
təqdim olunmasına yol verilmir. 
Əməliyyat valyutası hiperinflyasiya şəraitində olan iqtisadiyyatda 
müəssisənin maliyyə hesabatları, onların ilkin dəyər və ya cari dəyərə 
əsaslanmasından asılı olmayaraq, hesabat tarixində qüvvədə olan qiymət-
ləndirmə vahidləri ilə əks etdirilməlidir. «Maliyyə hesabatlarının təqdimatı 
üzrə» 1

-li MMUS-də tələb olunan əvvəlki dövrlər üzrə müvafiq rəqəmlər 
və əvvəlki dövrlər ilə əlaqədar hər hansı məlumat, həmçinin hesabat 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin