Maliyyə hesabatı 160
Maliyyə hesabatlarında təqdim olunmuş aktivlərin, öhdəliklərin, gəlir
və xərclərin, pul vəsaitlərinin hərəkətinin qiymətləndirilməsi zamanı
hesabatlarını yalnız illik olaraq tərtib edən müəssisə, maliyyə ili ərzində əldə
oluna bilən məlumatları hesaba almaq iqtidarındadır. Faktiki olaraq onun
qiymətləndirilmələri ilin əvvəlindən cari tarixə qədər keçən dövr üçün
həyata keçirilir.
Hesabatlarını yarımillik olaraq tərtib edən müəssisə, ilk altı aylıq dövr
üzrə maliyyə hesabatlarında qiymətləndirmələrin həyata keçirilməsi üçün
ilin ortasında və ya bu tarixdən bilavasitə sonra mövcud olan məlumatları
istifadə edir. On iki aylıq dövr üzrə həyata keçirilən qiymətləndirmələr ilk
altı aylıq dövr üzrə təqdim olunan qiymətlərdə mümkün dəyişiklikləri əks
etdirəcək. İlk altı aylıq dövr üzrə aralıq maliyyə hesabatlarında təqdim
olunmuş məbləğlərə retrospektiv düzəlişlər edilir. Lakin bütün hallarda uçot
qiymətləndirmələrində əhəmiyyətli dəyişikliklərin xüsusiyyətlətinin və
məbləğlərinin açıqlanması tələb olunur.
Hesabatlarını yarımildən daha tez tərtib edən müəssisə hər bir maliyyə
hesabatları məcmusunun hazırlanması zamanı mövcud olan məlumatlardan
istifadə edərək gəlir və xərclərini hər bir aralıq dövr üzrə ilin əvvəlindən cari
tarixə qədər olan dövr üçün qiymətləndirir. Cari aralıq dövrdə təqdim
olunan gəlir və xərc məbləğləri maliyyə ilinin əvvəlki dövrlərində təqdim
olunmuş qiymətlərdə hər hansı dəyişiklikləri əks etdirəcək. Əvvəlki dövrlər
üzrə aralıq maliyyə hesabatlarında təqdim olunmuş məbləğlərə retrospektiv
düzəlişlər edilir. Lakin bütün hallarda uçot qiymətlərində əhəmiyyətli
dəyişikliklərin xüsusiyyətlətinin və məbləğlərinin açıqlanması tələb olunur.
Maliyyə ili ərzində mövsümi, dövri və ya təsadüfi olaraq alınan
gəlirlər, əgər həmin gəlirlərin ehtimal olunması və ya təxirə salınması ma-
liyyə ilinin sonunda uyğun olmazsa, aralıq hesabat tarixinə ehtimal olun-
mamalı və təxirə salınmamalıdır.
Maliyyə ili ərzində qeyri-bərabər çəkilmiş xərclər yalnız maliyyə
ilinin sonuna həmin xərclərin ehtimal olunması və ya təxirə salınması uyğun
olundugu halda, aralıq hesabat tarixinə ehtimal olunmalı və təxirə salın-
malıdır.
Aralıq maliyyə hesabatlarında tətbiq edilməli olan qiymətləndirmə
prosedurları əldə olunan məlumatların etibarlı olmasına və müəssisənin
maliyyə vəziyyətinin və fəaliyyət nəticələrinin anlaşılması üçün vacib olan