Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ


“Təşkilatların fəaliyyətlərinin birləşməsi üzrə”



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə144/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   140   141   142   143   144   145   146   147   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

“Təşkilatların fəaliyyətlərinin birləşməsi üzrə”
18№-li 
MMUS
-da tələb olunan məlumatlar açıqlanmalıdır. 

ən son balans hesabatı tarixindən etibarən şərti öhdəlik və ya şərti 
aktivlərdə baş verən dəyişikliklər. 


Sifariz Səbzəliyev
 
157 
Müəssisə həmçinin, cari aralıq dövrün anlaşılması baxımından əhə-
miyyətli olan hər hansı digər əməliyyat və hadisələri də açıqlamalıdir.
Qüvvədə olan digər standartlarda maliyyə hesabatlarında açıqlanmalı 
olan məlumatlar müəyyən edilmişdir. Bu konteksdə maliyyə hesabatları, 
adətən illik maliyyə hesabatlarına və bəzi hallarda digər hesabatlara daxil 
edilən maliyyə hesabatlarının tam məcmusu deməkdir. Yuxarıda qeyd 
olunan açıqlamalar istisna olmaqla, digər standartlarda müəyyən olunan 
açıqlamalar müəssiənin aralıq maliyyə hesabatlarının tam məcmusu deyil, 
yalnız müxtəsər hesabatlar və seçilmiş izahlı qeydlər daxil olduğu hallarda 
tələb olunmur.
Müəssisənin aralıq maliyyə hesabatları 29№-li Standarta uyğun olaraq 
tərtib olunmursa, bu fakt açıqlanmalıdır. Aralıq maliyyə hesabatları Milli 
Mühasibat Uçotu Standartlarının bütün tələblərinə cavab verməzsə, onlar 
milli standartlar əsasında tərtib olunmuş hesabatlar kimi təsvir olunmalıdır. 
10.4. Aralıq maliyyə hesabatlarının təqdim edilməsi
üçün tələb olunan dövrlər 
Aralıq maliyyə hesabatlarına dövrlər üzrə aşağıdakı aralıq hesabatları 
(müxtəlif və ya tam) daxil olmalıdır:

cari hesabat dövrünun sonuna əvvəlki maliyyə ili ilə müqayisəli balans 
hesabatı; 

əvvəlki maliyyə ilinin müqayisə oluna bilən aralıq dövrləri üzrə (cari və 
bugünkü tarixə illik) mənfəət və zərərlər haqqında hesabatlar ilə 
müqayisə olunmaqla, cari hesabat dövrü üzrə və bugünkü tarixə cari 
maliyyə ili üçün artan qalıqlarla mənfəət və zərərlər haqqında hesabat; 

əvvəlki maliyyə ilinin müqayisə oluna bilən dövrü ilə müqayisə 
olunmaqla, cari maliyyə ili üçün bügünkü tarixə kapitalda dəyişikliklər 
haqqında hesabat; 

əvvəlki maliyyə ilinin müqayisə oluna bilən dövrü ilə müqayisə olun-
maqla, cari maliyyə ili üçün bügünkü tarixə pul vəsaitlərinin hərəkəti 
haqqında hesabat. 
İqtisadi fəaliyyəti əhəmiyyətli dərəcədə mövsümi xarakter daşıyan 
müəssisələr üçün aralıq hesabat tarixində başa çatan on iki aylıq dövr və 
əvvəlki on iki aylıq dövr üzrə maliyyə məlumatları faydalı ola bilər. Uyğun 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin