“Təşkilatların fəaliyyətlərinin birləşməsi üzrə”
18№-li
MMUS
-da tələb olunan məlumatlar açıqlanmalıdır.
ən son balans hesabatı tarixindən etibarən şərti öhdəlik və ya şərti
aktivlərdə baş verən dəyişikliklər.
Sifariz Səbzəliyev
157
Müəssisə həmçinin, cari aralıq dövrün anlaşılması baxımından əhə-
miyyətli olan hər hansı digər əməliyyat və hadisələri də açıqlamalıdir.
Qüvvədə olan digər standartlarda maliyyə hesabatlarında açıqlanmalı
olan məlumatlar müəyyən edilmişdir. Bu konteksdə maliyyə hesabatları,
adətən illik maliyyə hesabatlarına və bəzi hallarda digər hesabatlara daxil
edilən maliyyə hesabatlarının tam məcmusu deməkdir. Yuxarıda qeyd
olunan açıqlamalar istisna olmaqla, digər standartlarda müəyyən olunan
açıqlamalar müəssiənin aralıq maliyyə hesabatlarının tam məcmusu deyil,
yalnız müxtəsər hesabatlar və seçilmiş izahlı qeydlər daxil olduğu hallarda
tələb olunmur.
Müəssisənin aralıq maliyyə hesabatları 29№-li Standarta uyğun olaraq
tərtib olunmursa, bu fakt açıqlanmalıdır. Aralıq maliyyə hesabatları Milli
Mühasibat Uçotu Standartlarının bütün tələblərinə cavab verməzsə, onlar
milli standartlar əsasında tərtib olunmuş hesabatlar kimi təsvir olunmalıdır.
10.4. Aralıq maliyyə hesabatlarının təqdim edilməsi
üçün tələb olunan dövrlər
Aralıq maliyyə hesabatlarına dövrlər üzrə aşağıdakı aralıq hesabatları
(müxtəlif və ya tam) daxil olmalıdır:
cari hesabat dövrünun sonuna əvvəlki maliyyə ili ilə müqayisəli balans
hesabatı;
əvvəlki maliyyə ilinin müqayisə oluna bilən aralıq dövrləri üzrə (cari və
bugünkü tarixə illik) mənfəət və zərərlər haqqında hesabatlar ilə
müqayisə olunmaqla, cari hesabat dövrü üzrə və bugünkü tarixə cari
maliyyə ili üçün artan qalıqlarla mənfəət və zərərlər haqqında hesabat;
əvvəlki maliyyə ilinin müqayisə oluna bilən dövrü ilə müqayisə
olunmaqla, cari maliyyə ili üçün bügünkü tarixə kapitalda dəyişikliklər
haqqında hesabat;
əvvəlki maliyyə ilinin müqayisə oluna bilən dövrü ilə müqayisə olun-
maqla, cari maliyyə ili üçün bügünkü tarixə pul vəsaitlərinin hərəkəti
haqqında hesabat.
İqtisadi fəaliyyəti əhəmiyyətli dərəcədə mövsümi xarakter daşıyan
müəssisələr üçün aralıq hesabat tarixində başa çatan on iki aylıq dövr və
əvvəlki on iki aylıq dövr üzrə maliyyə məlumatları faydalı ola bilər. Uyğun
|