Maliyyə hesabatı 154
İllik və ya aralıq hesabat olmasından asılı olmayaraq, hər bir maliyyə
hesabatının Milli Mühasibat Uçotu Standartlarına uyğunluğu ayrıca qiy-
mətləndirilir. Müəssisənin müəyyən il ərzində aralıq maliyyə hesabatlarını
təqdim etməli olmadığı və ya bu Standartın tələblərinə uyğun olmayan
aralıq maliyyə hesabatlarını təqdim etməsi faktı, heç də illik maliyyə
hesabatlarının Milli Mühasibat Uçotu Standartlarına uyğun olmamasını
göstərmir.
Hökumət, qiymətli kağızların tədavülünü tənzimləyən orqanlar, fond
birjaları və mühasibat təşkilatları tez-tez tələb edirlər ki, qiymətli kağızlari
bazarlarda tədavül olunan şirkətlər maliyyə ilinin birinci yarısı üçün aralıq
maliyyə hesabatını hazırlayıb, dərc etdirsinlər. Belə hesabatlar aralıq dövr
başa çatdıqdan 60 gündən gec olmayaraq təqdim olunmalıdır.
29№-li Standartda istifadə edilmiş əsas anlayışlar aşağıda göstərilən
mənaları ifadə edir:
Aralıq dövr – tam maliyyə ilindən qısa olan hesabat dövrü kimi başa
düşülməlidir.
Aralıq maliyyə hesabatları – aralıq dövr üzrə tərtib olunan maliyyə
hesabatlarının tam məcmusunun (“Maliyyə hesabatlarının təqdimatı üzrə”
1№-li Milli Mühasibat Uçotu Standartında göstərildiyi kimi) və ya müxtəsər
maliyyə hesabatlarının məcmusunun (bu Standartda göstərildiyi kimi) daxil
olduğu maliyyə hesabatlarıdır.
10.2. Aralıq maliyyə hesabatlarının tərkibi ”Maliyyə hesabatlarının təqdimatı üzrə” 1№-li Milli Mühasibat Uçotu
Standartında qeyd olunduğu kimi, maliyyə hesabatlarının tam dəsti
aşağıdakılardan ibarətdir:
Mühasibat balansı;
Mənfəət və zərərlər haqqında hesabat;
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
Kapitalda dəyişikliklər haqqında hesabat;
Uçot siyasəti və izahlı qeydlər.
Aralıq maliyyə hesabatları bir minimum kimi aşağıdakı məlumatları
əks etdirməlidir:
müxtəsər mühasibat balansı;