Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə139/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   135   136   137   138   139   140   141   142   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

“Aktivlərin qiymətdən 
düşməsi üzrə”
24№-li MMUS-ə uyğun olaraq, aktivin bərpa edilə bilən 
məbləğini müəyyənləşdirir. İstifadə dəyərini müəyyənləşdirərkən sahibkar, 
aktivin davamlı istifadəsi və onun birgə müəssisə tərəfindən axırda satılması 
şərtinə əsaslanaraq aktivdən irəli gələcək pul vəsaitinin hərəkətini 
qiymətləndirir.
Birgə müəssisə üzərində birgə nəzarəti olmayan investor, birgə müəs-
sisə üzərində mühüm təsirə malik olduqda, həmin sərmayəni öz uçotunda 
“Asılı təsərrüfat cəmiyyətlərində investisiyaların uçotu üzrə” 
20№-li 
MMUS-ə uyğun olaraq əks etdirməlidir. 
Birgə müəssisənin rəhbərləri və ya operatorlarının hər hansı qono-
rarları 
6№-li
“Gəlirlər üzrə” 
MMUS-ə uyğun olaraq uçota alınmalıdır. 
Bir və ya bir neçə sahibkar birgə müəssisənin operatoru və ya me-
neceri qismində çıxış edə bilər. Adətən, belə vəzifələrin icra edilməsinə görə 


Maliyyə hesabatı
152 
operatorlara idarəetmə qonorarı ödənilir. Bu qonorarlar birgə müəssisə 
tərəfindən xərc kimi hesaba alınır. 
9.4. Standartda verilən informasiyaların açıqlanması 
 
Əgər zərərin yaranma ehtimalı zəif deyildirsə, onda sahibkar aşağıdakı 
şərti öhdəliklərin məcmu məbləğlərini digər şərti öhdəliklərin həcmindən 
ayrı olaraq açıqlamalıdır: 

Sahibkarın birgə fəaliyyətlərdəki payı ilə bağlı yaranan hər hansı şərti 
öhdəliklərin hər birisində olan payını; 

Özünün şərti olaraq cavabdehlik daşıdığı birgə fəaliyyətlərin özlərinin 
şərti öhdəliklərindəki payını; 

Birgə fəaliyyətdə bir sahibkarın digər sahibkara məxsus öhdəliklərə 
qarşı şərti öhdəlik daşıdığı səbəbindən ortaya çıxan şərti öhdəlikləri. 
Sahibkar birgə fəaliyyətlərdəki iştirak payları ilə əlaqədar aşa-
ğıdakı öhdəliklərin məcmu məbləğlərini digər öhdəliklərdən ayrı olaraq 
açıqlamalıdır: 

Sahibkarın birgə fəaliyyətlərdəki iştirak payları ilə əlaqədar hər hansı 
investisiya öhdəlikləri və onun dıgər sahibkarlarla birgə götürülmüş 
investisiya öhdəliklərindəki payı; 

Onun birgə fəaliyyətlərin özlərinin investisiya öhdəliklərindəki payı. 
Sahibkar mühüm birgə müəssisələrdəki iştirak paylarının siyahı-
sını və növlərini və həmçinin birgə nəzarət edilən müəssisələrdəki mül-
kiyyət paylarına dair informasiyanı açıqlamalıdır. Proporsional kon-
solidasiya və ya iştirak payı üsulu üçün sətirbəsətir hesabat formasından 
istifadə edərək, birgə nəzarət edilən müəssisələrdə öz iştirak paylarını 
tanıyan sahibkar, birgə müəssisədəki iştirak payları ilə əlaqədar cari 
aktivlərin, uzunmüddətli aktivlərin, cari öhdəliklərin, uzunmüddətli 
öhdəliklərin, gəlir və xərclərin hər birisinin məcmu dəyərinə dair infor-
masiyanı açıqlamalıdır. Bütün bunlarla yanaşı, sahibkar birgə nəzarət 
edilən müəssisələrdəki öz iştirak payını tanımaq üçün tətbiq etdiyi üsulu 
da açıqlamalıdır. 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin