Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə147/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   143   144   145   146   147   148   149   150   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
160 
Maliyyə hesabatlarında təqdim olunmuş aktivlərin, öhdəliklərin, gəlir 
xərclərin, pul vəsaitlərinin hərəkətinin qiymətləndirilməsi zamanı 
hesabatlarını yalnız illik olaraq tərtib edən müəssisə, maliyyə ili ərzində əldə 
oluna bilən məlumatları hesaba almaq iqtidarındadır. Faktiki olaraq onun 
qiymətləndirilmələri ilin əvvəlindən cari tarixə qədər keçən dövr üçün 
həyata keçirilir. 
Hesabatlarını yarımillik olaraq tərtib edən müəssisə, ilk altı aylıq dövr 
üzrə maliyyə hesabatlarında qiymətləndirmələrin həyata keçirilməsi üçün 
ilin ortasında və ya bu tarixdən bilavasitə sonra mövcud olan məlumatları 
istifadə edir. On iki aylıq dövr üzrə həyata keçirilən qiymətləndirmələr ilk 
altı aylıq dövr üzrə təqdim olunan qiymətlərdə mümkün dəyişiklikləri əks 
etdirəcək. İlk altı aylıq dövr üzrə aralıq maliyyə hesabatlarında təqdim 
olunmuş məbləğlərə retrospektiv düzəlişlər edilir. Lakin bütün hallarda uçot 
qiymətləndirmələrində əhəmiyyətli dəyişikliklərin xüsusiyyətlətinin və 
məbləğlərinin açıqlanması tələb olunur.
Hesabatlarını yarımildən daha tez tərtib edən müəssisə hər bir maliyyə 
hesabatları məcmusunun hazırlanması zamanı mövcud olan məlumatlardan 
istifadə edərək gəlir və xərclərini hər bir aralıq dövr üzrə ilin əvvəlindən cari 
tarixə qədər olan dövr üçün qiymətləndirir. Cari aralıq dövrdə təqdim 
olunan gəlir və xərc məbləğləri maliyyə ilinin əvvəlki dövrlərində təqdim 
olunmuş qiymətlərdə hər hansı dəyişiklikləri əks etdirəcək. Əvvəlki dövrlər 
üzrə aralıq maliyyə hesabatlarında təqdim olunmuş məbləğlərə retrospektiv 
düzəlişlər edilir. Lakin bütün hallarda uçot qiymətlərində əhəmiyyətli 
dəyişikliklərin xüsusiyyətlətinin və məbləğlərinin açıqlanması tələb olunur. 
Maliyyə ili ərzində mövsümi, dövri və ya təsadüfi olaraq alınan 
gəlirlər, əgər həmin gəlirlərin ehtimal olunması və ya təxirə salınması ma-
liyyə ilinin sonunda uyğun olmazsa, aralıq hesabat tarixinə ehtimal olun-
mamalı və təxirə salınmamalıdır. 
Maliyyə ili ərzində qeyri-bərabər çəkilmiş xərclər yalnız maliyyə 
ilinin sonuna həmin xərclərin ehtimal olunması və ya təxirə salınması uyğun 
olundugu halda, aralıq hesabat tarixinə ehtimal olunmalı və təxirə salın-
malıdır. 
Aralıq maliyyə hesabatlarında tətbiq edilməli olan qiymətləndirmə 
prosedurları əldə olunan məlumatların etibarlı olmasına və müəssisənin 
maliyyə vəziyyətinin və fəaliyyət nəticələrinin anlaşılması üçün vacib olan 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin