MALİYYƏ HESABATLARI 11.1. «Hiperinflyasiya şəraitində maliyyə hesabatları üzrə» 30 № -li Milli Mühasibat Uçotu Standartının tətbiq olunduğu sfera 11.2. İlkin dəyərə əsaslanan maliyyə hesabatları 11.3. Hiperinflyasiya şəraitində balans maddələrinin yenidən nəzərdən keçirilməsi 11.4. Xalis monetar maddələr üzrə mənfəət və zərərlər haqqında hesabatın yenidən nəzərdən keçirilməsi 11.5. Xalis monetar maddələr üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları 11.6. Maliyyə hesabatında informasiyaların açıqlanması 11.1. «Hiperinflyasiya şəraitində maliyyə hesabatları üzrə» 30 № -li Milli Mühasibat Uçotu Standartının tətbiq olunduğu sfera «Hiperinflyasiya şəraitində maliyyə hesabatları üzrə» 30
№
-li Milli
Mühasibat Uçotu Standartı 2009-cu il yanvar ayının 13-də Respublika
Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmişdir. Adı çəkilən Standart «Hiper-
inflyasiya şəraitində maliyyə hesabatları» adlı 29
№
-li Mühasibat Uçotunun
Beynəlxalq Standartı əsasında hazırlanmışdır.
Bu Standartın məqsədi hiperinflyasiya şəraitində maliyyə hesabat-
larının təqdim edilməsi üçün qəbul olunacaq metodların müəyyənləş-
dirilməsidir.
30
№
-li Standart əməliyyat valyutası hiperinflyasiya şəraitində olan
iqtisadiyyatda müəssisənin maliyyə hesabatlarına, o cümlədən konsolidə
edilmiş maliyyə hesabatlarına tətbiq edilməlidir. Bu standart inflyasiyanın
hiperinflyasiyaya keçdiyi mütləq dərəcəni müəyyən etmir. Maliyyə hesa-
batlarının bu Standarta uyğun olaraq nə vaxt yenidən təqdim edilməli oldu-
ğunun müəyyən olunması subyektiv qərardır. Hiperinflyasiyanın mövcud
olduğunu ölkənin iqtisadi şəraitinin xarakteristikaları göstərir. Bu xarakte-
ristikalara digərləri ilə yanaşı, aşağıdakılar aiddir: