Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə146/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   142   143   144   145   146   147   148   149   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
159 
10.5. Aralıq maliyyə hesabatlarında informasiyaların tanınması və 
qiymətləndirilməsi 
 
Son illik maliyyə hesabatlarının tərtib olunduğu tarixdən sonra uçot 
siyasətində baş vermiş və növbəti illik maliyyə hesabatlarında əks etdi-
rilməli olan dəyişikliklər istisna olunmaqla, müəssisə aralıq maliyyə hesa-
batlarına illik maliyyə hesabatlarına tətbiq etdiyi uçot siyasətini tətbiq 
etməlidir. Lakin müəssisə hesabatlarının tərtib olunma tezliyi (illik, 
yarımillik və ya rüblük), onun illik nəticələrinin qiymətləndirilməsinə təsir 
göstərməməlidir. Bu məqsədə nail olmaq üçün aralıq maliyyə hesabatlarının 
tərtib olunması zamanı edilən qiymətləndirmələr ilin əvvəlindən carı tarixə 
qədər keçən dövr üçün həyata keçirilməlidir. 
Milli Mühasibat Uçotu Standartlarının Konseptual Əsaslarına 
uyğun olaraq, “tanınma, -element anlayışına uyğun gələn və tanınma 
meyarlarına cavab verən maddələrin mühasibat balansına və ya mən-
fəət və zərərlər haqqında hesabata daxil edilməsi prosesidir.” 
Aktivlər, 
öhdəliklər, gəlir və xərc anlayışları həm illik, həm də aralıq maliyyə 
hesabatları tarixində tanınma üçün fundamental əhəmiyyət daşıyır. 
Həm aralıq hesabat tarixlərində, həm də maliyyə ilinin sonunda 
aktivlər üzrə gələcək iqtsadi səmərələr eyni üsulla yoxlanılır. Xüsusiyyət-
lərinə görə maliyyə ilinin sonunda aktiv anlayışına uyğun gəlməyən xərclər 
aralıq hesabat tarixlərində də aktiv anlayışına cavab verməyəcək. Eyni 
şəkildə aralıq hesabat tarixinə öhdəlik məbləği, illik maliyyə hesabatlarının 
tərtib olunduğu tarixə olduğu kimi, həmin tarixdə mövcud olan öhdəlik 
məbləğini əks etdirməlidir. 
Gəlir və xərclərin mühüm xüsusiyyəti ondan ibarətdir ki, aktiv və 
öhdəliklərin müvafiq daxilolma və xaricolmaları artıq baş vermişdir.
Həmin daxilolma və xaricolmalar baş vermişdirsə, onlarla əlaqədar 
gəlir və xərclər tanınır. Konseptual əsaslarda deyilir ki, xərc, aktivlərin 
azalması və öhdəliklərin artması ilə bağlı iqtisadi səmərənin azalmasının baş 
verdiyi və bu azalmanın etibarlı səviyyədə qiymətləndirilməsinə imkanın 
mövcud olduğu hallarda tanınır. Konseptual əsaslar aktiv və ya öhdəlik 
anlayışına uyğun gəlməyən maddələrin mühasibat balansında tanınmasına 
yol verilmir. 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin