Maliyyə hesabatı 158
olaraq, həmin müəssisələrin əvvəlki maddədə göstərilən məlumatlardan
başqa, həmin məlumatları da təqdim etməsi tövsiyə olunur.
Aralıq maliyyə hesabatlarının məqsədləri üçün maddənin necə
tanınmalı, qiymətləndirilməli, təsnifləşdirilməli və ya açıqlanmalı olduğu
barədə qərarın verilməsi zamanı aralıq dövrün maliyyə məlumatlarının
əhəmiyyətliliyi qiymətləndirilməlidir. Bu zaman aralıq qiymətlərin qiymət-
ləndirilmiş göstəricilərə illik maliyyə göstəricisinin qiymətləri ilə
müqayisədə daha cox əsaslana biləcəyi tanınmalıdır.
“Maliyyə hesabatlarının təqdimatı üzrə” 1№-li və
“Uçot siyasəti, uçot qiymətlərində dəyişikliklər və səhvlər üzrə” 11№-li Milli
Mühasibat Uçotu Standartlarına əsasən, yuxarıda qeyd olunan maddə, onun
buraxılması və ya səhv göstərilməsi istifadəçilərin maliyyə hesabatları
əsasında qəbul etdikləri iqtisadi qərarlara təsir göstərə bildikdə əhəmiyyətli
hesab olunur. 1№-li MMUS, dayandırılmış fəaliyyət daxil olmaqla,
əhəmiyyətli maddələrin ayrıca açıqlanmasını tələb edir. 18№-li MMUS isə
uçot siyasəti uçot qiymətləndirilmələrində dəyişikliklərin və səhvlərin açıq-
lanmasını tələb edir. Standartların heç birisi əhəmiyyətliliyin qiymətlən-
dirilməsi ilə əlaqədar kəmiyyət göstəricilərini müəyyən etmir.
Əhəmiyyətliliyin qiymətləndirilməsi zamanı əsaslandırma həmişə
tələb olunduğu üçün 29№-li Standart aralıq göstəricilərin anlaşıqlığını səbəb
gətirərək maddələrin tanınması və açıqlanması ilə əlaqədar yalnız aralıq
dövrün göstəriciləri əsasında qəbul olunmasını nəzərdə tutur. Beləliklə,
misal üçün, qeyri-adi maddələr, uçot siyasəti və ya uçot qiymətlətində
dəyişikliklər və səhvlər, açıqlamaların aparılmadığı təqdirdə yarana biləcək
qarışıqlığın aradan qaldırılması məqsədilə, aralıq dövrün göstəricilərinin
əhəmiyyətliliyi əsasında tanınır və açıqlanlır. Burada əsas məqsəd aralıq
maliyyə hesabatlarına müəssisənin aralıq dövrdə maliyyə vəziyyətinin və
fəaliyyət naticələrinin anlaşılması üçün uyğun olan bütün məlumatların
daxil olmasının təmin edilməsidir.
Əgər aralıq dövrdə təqdim olunmuş qiymətləndirilən məbləğ maliyyə
ilinin son aralıq dövrü ərzində əhəmiyyətli dərəcədə dəyişmiş, lakin həmin
son aralıq dövrü üzrə ayrıca maliyyə hesabatı tərtib olunmamışdırsa, bu
dəyişikliyin xüxusiyyəti və məbləği həmin maliyyə ili üzrə illik maliyyə
hesabatlarına qeydlərdə açıqlanmalıdır.