Maliyyə hesabatı 166
lərini və maliyyə vəziyyətini əks etdirən informasiyalarda düzəliş aparmaq
və göstəriciləri müqayisəli görünüşə gətirmək lazımdır.
Misal. Əvvəlki dövr ərzində təşkilat 1000 min man. məbləğində xalis
mənfəət əldə etmişdir. Hesabat dövrü ərzində xalis mənfəətin məbləği 1500
min manata bərabər olmuşdur. Riyazi nöqteyi-nəzərdən xalis mənfəətin
məbləği 500 min man. (1500 min man. -1000 min man.) çoxalmışdır. Nə-
zərdən keçirdiyimiz dövrlər ərzində inflyasiyanın sürəti 70% təşkil etmişdir.
Müvafiq surətdə pul vəsaitlərinin alıcılıq qabiliyyəti aşağı düşmüşdür.
Göstəriciləri müqayisəyə gətirmək üçün əvvəlki ilin xalis mənfəətində cari
ilin inflyasiya sürəti ilə əlaqədar düzəliş aparmaq lazımdır. Düzəliş məbləği
700 min man. (1000 min man. x 70%) təşkil edir. Yenidən hesablamanı
nəzərə alsaq, xalis mənfəət məbləği 200 min man. (1700 min man.- 1500
min man.) azalmışdır.
İnflyasiya sürəti hiperinflyasiya mərhələsinə keçdikdə onun mütləq
əhəmiyyəti Standartda müəyyənləşdirilməmişdir. 30
№
-li MMUS-ə uyğun
surətdə maliyyə hesabatlarında düzəliş edilməsi haqqında verilən qərar
subyektiv məna daşıyır.
Hiperinflyasiyanın mövcudluğu aşağıdakı qaydada xarakterizə
olunur:
Əhali, qaydaya görə özünün pul yığımını qeyri-pul formasında,
yaxud nisbətən stabil xarici valyuta ilə qoruyur;
Əhali, qaydaya görə özünün pul yığımını ölkənin milli valyutası ilə
deyil, stabil xarici valyuta ilə qoruyur. Milli valyuta ilə məbləğ, onun
alıcılıq qabiliyyətini identifikasiya etmək üçün daha stabil xarici valyuta ilə
qiymətləndirilir;
Satış, kreditlə alışa bərabər surətdə kreditin verildiyi müddətdə
onun alıcılıq qabiliyyətinin ehtimal olunan itkisi qiymətilə əvəzlənir (hətta
kreditin müddəti qısa olduğu hallarda da);
əməkhaqqı, qiymətlər və faiz dərəcələri qiymət indeksləri nəzərə
alınmaqla düzəlişə məruz qalır;
üç il ərzində inflyasiyanın ümumi artımı 120%-ə yaxınlaşır, yaxud
onu üstələyir.
Maliyyə hesabatında hiperinflyasiya mərhələsində olan ölkənin
valyutası əsasında düzəliş aparmaq mühakimələrin formalaşması prosesində
müəyyən fəaliyyət göstərilməsini və subyektiv fikirlər irəli sürülməsini