Sifariz Səbzəliyev 169
Qeyi-monetar maddənin yenidən təqdim olunmuş məbləği, aktivin
gələcək istifadəsi hesabına (satış və ya digər xaricolma daxil edilməklə)
bərpa edilən məbləğdən artıq olarsa, müvafiq Standartlara uyğun olaraq
azaldılır. Bu səbəbdən belə hallarda torpaq, tikili və avadanlıqların, qud-
vilin, patentlərin və ticarət markalarının yenidən təqdim edilmiş məbləğləri
bərpa edilən məbləğə qədər, mal-material ehtiyatlarının yenidən təqdim
olunmuş məbləğləri satışın mümkün xalis dəyərinə qədər və qısamüddətli
investisiyaların yenidən təqdim olunmuş məbləğləri bazar qiymətlərinə
qədər azaldılır.
İştirak payı metoduna əsasən uçota alınan investisiya obyekti he-
sabatda hiperinflyasiya şəraitində olan ölkənin valyutası ilə təqdim oluna
bilər. Bu investisiya obyektinin balansı və mənfəət və zərərlər haqqında
hesabatı, investorun onun xalis aktivlərində və əməliyyat nəticəsində payı-
nın hesablanması məqsədilə yenidən təqdim olunur. İnvestisiya obyektinin
yenidən təqdim olunan maliyyə hesabatları xarici valyuta ilə əks etdiril-
dikdə, onlar hesabat dövrünün sonuna olan məzənnəyə əsasən konvertasiya
olunur.
İnflyasiyanın təsiri adətən borclar üzrə məsrəflərdə tanınır. Borc
vəsaitləri ilə müəyyənləşdirilən kapital xərclərinə düzəliş etmək və eyni
zamanda borc vəsaitlərinin həmin dövr ərzində inflyasiyanı kompensasiya
edən hissəsini kapitallaşdırmaq məqsədəuyğun deyil. Borc məsrəflərinin bu
hissəsi onların çəkildiyi dövrdə xərc kimi tanınır.
Müəssisə aktivləri, əlavə faizlər hesablanılmadan ödəmənin təxirə
salınmasına yol verən anlaşma əsasında əldə edə bilər. Faiz məbləğinin
hesablanması məqsədəuyğun olmadığı hallarda bu aktivlərin məbləği alış
tarixindən deyil, ödəniş tarixindən etibarən yenidən təqdim olunur.
30
№
-li Standartın ilk dəfə tətbiq edildiyi dövrün başlanğıcında,
mülkiyyətçilərin kapitalının komponentləri, bölüşdürülməmiş mənfəət və
yenidən qiymətləndirmə üzrə ehtiyat istisna olmaqla, bu komponentlərin
qoyulduğu və ya hansı digər yolla yarandığı müvafiq tarixlərdən ümumi
qiymət indeksinin tətbiqi vasitəsilə yenidən təqdim olunur. Əvvəlki dövr-
lərdə yaranmış yenidən qiymətləndirmə üzrə hər hansı ehtiyat çıxarılır.
Yenidən təqdim olunmuş bölüşdürülməmiş mənfəət yenidən təqdim olunan
balans hesabatının bütün digər məbləğləri əsasında müəyyən edilir.