Maliyyə hesabatı 168
11.2. İlkin dəyərə əsaslanan maliyyə hesabatları Hesabat tarixinə qüvvədə olan qiymətləndirmə vahidləri ilə əks et-
dirilməyən balans məbləğləri onlara ümumi qiymət indeksi tətbiq olunmaqla
düzəldilir.
Pul maddələrinə düzəliş edilmir, belə ki, onlar artıq qüvvədə olan
pul vahidləri ilə əks etdirilmişdir. Pul maddələrinə mövcud olan pul
vəsaitləri və pul vəsaitləri ilə ödəniləcək və ya alınacaq maddələr aiddir.
Razılaşma əsasında qiymət dəyişiklikləri ilə bağlı olan aktiv və
öhdəliklərə hesabat tarixində ödənməyən qalığın müəyyən olunması
məqsədilə, razılaşmaya əsasən düzəliş edilir. Bu maddələr yenidən təqdim
olunan balans hesabatında düzəldilmiş məbləğləri ilə əks etdirilir.
Bütün digər aktivlər və öhdəliklər qeyri-monetar maddələrdir. Bəzi
qeyri-monetar maddələr, satışın mümkün xalis dəyəri və ya bazar dəyəri
kimi hesabat tarixində olan məbləğlər ilə uçota alınır və bu səbəbdən onlara
düzəliş edilmir. Bütün digər qeyri-monetar maddələr yenidən təqdim olunur.
Qeyri-monetar maddələrin əksəriyyəti ilkin dəyəri və köhnəlmə
çıxılmaqla ilkin dəyəri ilə uçota alınır. Bu səbəbdən onlar alış tarixinə olan
məbləğləri ilə əks etdirilir. Hər maddə üzrə ilkin dəyərin və ya köhnəlmə
çıxılmaqla ilkin düzəldilmiş məbləği, onun ilkin dəyəri və ya yığılmış
amortizasiyanın cəminə alış tarixindən hesabat tarixinə qədər qiymətlərin
ümumi indeksində baş verən dəyişiklik məbləğinin tətbiq edilməsi ilə
müəyyən edilir. Bu səbəbdən torpaq, tikinti və avadanlıqların, investisiya-
ların, xammal və mal ehtiyatlarının, qudvilin, patentlərin, ticarət markala-
rının və analoji aktivlərin dəyəri, onların alış tarixindən etibarən yenidən
təqdim olunur.
Torpaq, tikili və avadanlıqların ayrı-ayrı obyektlərinin alış tarixi
haqqında dəqiq məlumat mövcud olmaya, onların qiymətləndirilməsi isə
mümkün olmaya bilər. Belə nadir hallarda 30
№
-li Standartın tətbiqinin ilk
mərhələsində, onların yenidən tətbiq olunması üçün əsas kimi müstəqil
peşəkar qiymətləndirmənin istifadə olunması tələb oluna bilər.
Bəzi qeyri-monetar maddələr, məsələn, daha erkən tarixə yenidən
qiymətləndirilən torpaq, tikili və avadanlıqlar alış və ya hesabat tarixində
qüvvədə olan məbləğlərdən fərqli məbləğlərlə uçota alınır. Belə hallarda
balans dəyəri yenidən qiymətləndirmə tarixindən yenidən təqdim olunur.