Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə152/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   148   149   150   151   152   153   154   155   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
165 
tarixində qüvvədə olan qiymətləndirmə vahidləri ilə təqdim olunmalıdır. 
Muqayisəli məbləğlərin başqa təqdimat valyutasında əks etdirilməsi 
məqsədilə «Xarici valyuta məzənnələrində dəyişikliklərin uçotu üzrə» 22

-
li MMUS tətbiq olunur. 
Xalis monetar maddələr üzrə mənfəət və ya zərər mənfəət və 
zərərlərə daxil edilməli və ayrıca açıqlanmalıdır. 
Maliyyə hesabatlarının 30

-li Standarta uyğun olaraq yenidən təq-
dim olunması müəyyən prosedurların tətbiq olunmasını, o cümlədən 
subyektiv qərarların qəbul edilməsini tələb edir. Onların dövrlər üzrə ardıcıl 
tətbiqi yenidən təqdim olunan maliyyə hesabatlarına daxil edilən son 
məbləğlərin dəqiqliyindən daha vacibdir. 
Müxtəlif qəbildən olan hadisələrin (məsələn, iqtisadi, sosial, siyasi 
və s.) təsiri altında vaxt ötdükcə, qiymətlər dəyişikliyə məruz qala bilər. 
İnflyasiyanın təsiri altında pul vəsaitlərinin alıcılıq qabiliyyəti bütövlükdə 
tərəddüd edir. Qiymətlərin tərəddüdü yalnız aktivlərin bəzi növlərinə və pul 
vəsaitlərinin alıcılıq qabiliyyətinin ümumi səviyyəsinə təsir göstərə bilər. 
Misal. 
Təşkilat depozit hesabına 1500 min man. məbləğində illik 12% 
dərəcəsilə pul vəsaiti yerləşdirmişdir. Təşkilat ilin axırında həmin pul 
vəsaitindən ofset çap formasını hazırlamaq üçün mini-kompleksini və 
yüksək çap üzrə poliqrafiya kompleksini əldə etməyi nəzərdə tutur. Pul 
vəsaitinin qoyulduğu tarixə ofset çap formasında hazırlamaq üçün nəşriyyat 
mini-kompleks vahidinin dəyəri 600 min man. təşkil etmişdir. Yüksək çap 
üzrə poliqrafiya kompleksinin dəyəri isə 1000 min manat olmuşdur. Nə-
zərdən keçirilən dövr ərzində qiymət indeksi dəyişikliyə uğramamışdır. 
Ofset çap formasını hazırlamaq üçün nəşriyyat mini kompleksinin pəra-
kəndə qiyməti 400 min manatadək azalmış, yüksək çap üzrə poliqrafiya 
kompleksinin dəyəri isə 1500 min manata qədər artmışdır. İlin axırına 
depozitdə olan məbləğ 1680 min man. (1500 min man. x 12,0 %) təşkil 
etmişdir. Buradan görünür ki, konkret olaraq, planlaşdırılan satınalma üçün 
vəsait kifayət deyildir (1500 min man. + 400 min man.) = 1900 min man.
30

-li MMUS-ə uyğun olaraq, təşkilatın maliyyə nəticələrini və 
maliyyə vəziyyətini əks etdirən informasiyalar ölkə iqtisadiyyatının hiperin-
flyasiyası şəraitində istifadəçilər üçün faydasızdır. Belə ki, inflyasiyanın 
yüksək sürətinin təsiri altında pul vəsaitləri əvvəlki dövrlə müqayisədə 
özünün alıcılıq qabiliyyətini itirir. Buna görə də təşkilatın maliyyə nəticə-



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin