Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə148/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   144   145   146   147   148   149   150   151   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
161 
bütün əhəmiyyətli maliyyə məlumatlarının müvafiq şəkildə açıqlanmasına 
zəmanət verməlidir. Həm illik, həm də aralıq maliyyə hesabatlarında, 
adətən, məntiqi qiymətlərə əsaslanıldığı üçün, aralıq maliyyə hesabatlarının 
hazırlanması zamanı qiymətləndirmə metodlarının illik maliyyə hesabatla-
rına nisbətən, daha çox tətbiq edilməsi tələb olunacaqdır.
Uçot siyasətində dəyişikliklər, Yeni Standartlar və Şərhlər həmin 
dəyişikliklərin tətbiqi üzrə keçid müddəalarını müəyyən etmirsə, aşağıdakı 
şəkildə öz əksini tapmalıdır:

cari maliyyə ilinin əvvəlki aralıq dövrlərinin 11 №-li MMUS-ə uyğun 
olaraq illik maliyyə hesabatlarında yenidən təqdim olunacaq hər hansı əv-
vəlki maliyyə illərinin müvafiq aralıq dövrlərinin maliyyə hesabatlarının 
yenidən təqdim olunması; 

maliyyə ilinin əvvəlində yeni uçot siyasətinin bütün əvvəlki dövrlərdə 
tətbiq olunmasının məcmu təsirini müəyyən etmək mümkün olmadıqda, 
yeni uçot siyasətinin mümkün olan ən erkən tarixdən perspektiv olaraq 
tətbiq olunması üçün cari maliyyə ilinin əvvəlki aralıq dövrlərinin və 
əvvəlki maliyyə illərinin müvafiq aralıq dövrlərinin maliyyə hesabatlarina 
düzəliş edilməsi. 
Nəhayət, mövzunun sonunda qeyd etmək istəyirik ki, müəssisələr, 
necə bir minimum kimi əhəmiyyətli sayılan və hesabatda açıqlanmayan 
aşağıdakı konkret informasiyaları aralıq maliyyə hesabatlarına əlavələrə 
daxil etməlidir: 

vahid uçot siyasətinin və hesabatın elementlərinin və hesabatın eleməntlə-
rinin metodlarının tətbiqi haqqında ərizə;

Uçot siyasəti dəyişikliyə uğradıqda, dəyişikliyin xarakterinin və onların 
hesabat maddələrinə təsirinin əks olunduğu izahat; 

aralıq əməliyyatların mövsümiliyi və mərhələliyi haqqında göstəriş; 

müəssisə üçün qeyri-adi sayılan təsərrüfat fəaliyyəti faktlarının xarak-
teristikası, onların ölçüsü, yaxud fəaliyyət sferası; 

adi və sair səhmlər üzrə ödənilən dividendlər (cəmisi və bir səhm hesabı 
ilə); 

borc və pay şəklində olan kağızların emissiyası, alınması və ödənilməsi; 

seqment fəaliyyətindən gəlirlər və nəticələr; 

hesabat tarixindən sonrakı hadisələr; 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin