Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə154/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   150   151   152   153   154   155   156   157   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
167 
tələb edir. Belə bir amil vacibdir ki, bütün təşkilatlar göstəricilərdə düzəliş 
apardıqda vahid yanaşma tətbiq etsinlər: 

maliyyə hesabatı hesabat tarixinə qüvvədə olan uçot valyutası ilə 
tərtib edilməlidir;

30

-li MMUS-in tətbiqi dövrünün başlanğıcı ölkədə hiperinflya-
siyanın müəyyənləşdirildiyi dövrlə üst-üstə düşməlidir; 

hiperinflyasiya şəraitində olan ölkənin valyutası ilə hesabat tərtib 
edən təşkilatların bilavasitə eyni tarixdən etibarən MMUS-i tətbiq etmələri 
məqsədəuyğun olardı. 
Təşkilatlar maliyyə hesabatlarını faktiki dəyər əsasında tərtib edə 
bilər. Bu halda qiymətlərin ümumi səviyyəsinin, yaxud müxtəlif aktivlərin 
dəyişikliyə uğraması nəzərə alınmır (bəzi istisnalar olmaqla). Məsələn, əsas 
vəsaitlər, qeyri-maddi aktivlər, yaxud investisiyalar. Təşkilatlar, həmçinin 
aktivlərin bərpa dəyərini və onların dəyərindəki dəyişiklikləri nəzərə 
almaqla özlərinin maliyyə hesabatlarını tərtib edə bilərlər. İqtisadiyyatı hi-
perinflyasiya şəraitində olan ölkənin valyutası əsasında maliyyə hesabatla-
rının yenidən nəzərdən keçirilməsi qaydası, onun hansı əsasda hazırlan-
masından asılıdır. 
Maliyyə hesabatında düzəliş ümumi qiymət indeksinin tətbiqi ilə 
həyata keçirilməlidir. Bu indekslər daha çox qəbul ediləndir. Belə ki, həmin 
indekslər ümumi alıcılıq qabiliyyətində baş verən dəyişiklikləri əks etdirir, 
eyni zamanda malların, iş və xidmətlərin əksəriyyəti üçün qiymətlərin 
tərəddüd etməsinin geniş səpgisini əhatə edir. Qeyd olunan indekslər üçün 
qaydaya görə dövlət səviyyəsində müntəzəm hesablamalar, ümumi 
yanaşma, vahid göstəricilər əsasında hesablamalar, davamlı tətbiq olunma 
imkanları və s. xarakterikdir. 
Əgər, göstəricilərinin düzəlişə ehtiyacı olan müxtəlif dövrlər üçün 
ümumi qiymət indeksi yoxdursa, digər indeksdən, yaxud başqa üsullardan 
istifadə edilməsi zəruridir (məsələn, hesabatın tərtib olunduğu valyuta ilə 
mübadilə məzənnəsi arasında dəyişikliyə əsaslanan qiymətlərin tətbiqi). 
Həmçinin müstəqil peşəkar qiymətləndirən mütəxəssislərin cəlb olunması 
imkanları da nəzərdən qaçırılmamalıdır. 
Maliyyə hesabatlarında, o cümlədən balansda, mənfəət və zərərlər 
haqqında hesabatda, eləcə də pul vəsaitlərinin hərəkəti haqqında hesabatda 
bütün maddələr hesabat tarixinə qüvvədə olan ölçü vahidləri ilə verilməlidir. 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin