Sifariz Səbzəliyev 175
bağlı aktiv və öhdəliklərə düzəlişlərdən yaranan fərq kimi müəyyən edilə
bilər. Mənfəət və ya zərər, ümumi qiymət indeksində dəyişikliklərin dövr
ərzində pul aktivləri ilə pul öhdəlikləri fərqinin orta çəkili məbləğinə tətbiqi
vasitəsilə qiymətləndirilə bilər.
Xalis monetar maddələr üzrə mənfəət və ya zərər xalis mənfəətə daxil
edilir. Razılaşmaya əsasən qiymət dəyişikliklərinə bağlı olan aktiv və
öhdəlik məbləğlərinə edilən düzəlişlər xalis monetar maddələr üzrə mənfəət
və ya zərərə qarşı hesaba alınır. Faiz gəlirləri və xərcləri, eləcə də inves-
tisiya olunan və ya borc alınan vəsaitlərlə əlaqədar məzənnə fərqləri kimi,
mənfəət və zərərlər haqqında hesabatın digər maddələri, həmçinin xalis pul
maddələri ilə assosiasiya edilir. Baxmayaraq ki, belə maddələr ayrıca
açıqlanır, onların xalis monetar maddələr üzrə mənfəət və ya zərər ilə
birlikdə mənfəət və zərərlər haqqında hesabatda göstərmək faydalı ola bilər.
30
№
-li Standarta uyğun olaraq maliyyə hesabatlarının yenidən təqdim
olunması fərdi aktiv və öhdəliklərin balans dəyəri və onların vergi tutulan
əsası arasında fərqlərin yaranmasına səbəb ola bilər. Bu fərqlər
«Cari mənfəət vergisi üzrə» 3 № -li və «Təxirə salınmış mənfəət vergisi üzrə» 4 № -li MMUS-ə uyğun olaraq uçota alınır.
Mənfəət və zərərlər haqqında hesabatın bütün maddələri hesabat
tarixinə qüvvədə olan vahid ölçülərlə verilməlidir. Bu halda ümumi qiymət
indeksi nəzərə alınmaqla bütün məbləğlər yenidən hesablanmağa cəlb
edilməlidir. Qiymət indeksi gəlirlər, yaxud xərclər maddələrinin maliyyə
hesabatına daxil edilməsinin ilkin tarixindən sonra baş verən bütün
dəyişiklikləri nəzərə almalıdır. Qaydaya görə yenidən hesablama maddələri
aylara bölməklə həyata keçirilir. Bu zaman həmin dövr ərzində ümumi
qiymət indeksindəki dəyişiklik tətbiq edilir. Bəzi hallarda inflyasiyanın
sürəti dəyişməzsə, onda orta illik indeksdən də istifadə imkanları nəzərdən
qaçırılmamalıdır.
Gəlir göstəricisinə düzəliş edildikdə onu daxilolma üsulundan asılı
olaraq nəzərdən keçirmək vacibdir. Əgər gəlirləri ayrı-ayrı birdəfəlik
əməliyyatların bölümündə təqdim etmək mümkün olarsa, onda o, baş ver-
diyi tarixdən ötən dövr ərzində inflyasiyanı nəzərə almaqla düzəlişə məruz
qalmalıdır. Əgər gəlirlər bərabər səviyyədə daxil olarsa, onda düzəliş inflya-
siyanın dinamikasından asılı olaraq həyata keçirilməlidir. Məsələn, rüb və