Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə170/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   166   167   168   169   170   171   172   173   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

 
 
 
 
 
 


Sifariz Səbzəliyev
 
183 
Cədvəl 12.1 
 Hesabat seqmentlərinin seçimi ilə bağlı faktlar haqqında 
ümumiləşdirilmiş informasiyalar 
Əməliyyat seqmentləri 
Coğrafi seqmentlər 
Malların, iş və xidmətlərin seqmentləri 
İqtisadi və siyasi şərtlərin oxşarlığı 
İstehsal prosesinin xarakteri 
Həyata keçirilən fəaliyyətin oxşarlığı 
Malların, iş və xidmətlərin 
istehlakçılarının xarakteri 
Konkret əməliyyatların ərazicə 
yaxınlığı 
Malların satışı, yayılması, xidmətlərin 
təklif olunması üçün istifadə edilən 
metodlar 
Valyuta nəzarəti və valyuta riskləri 
qaydası 
 
Hesabat seqmentinin gəlirləri, xərcləri və maliyyə nəticələri
müəs-
sisə üzrə bütövlükdə olduğu qaydada müəyyənləşdirilir. Bu zaman bəzi 
xüsusiyyətlər nəzərə alınmalıdır. Müəssisə hər bir seqment üçün mənfəət və 
ya zərərin, ümumi aktivlərin qiymətləndirilməsinin hesabatını verməlidir. 
Eyni zamanda hər bir hesabat verilməli seqment haqqında aşağıdakılar 
açıqlanmalıdır: kənar müştərilərdən gəlir; eyni müəssisənin müxtəlif əmə-
liyyat seqmentləri ilə olan razılaşmalardan alınan gəlir; faiz gəlirləri; faiz 
xərcləri; amortizasiya və qiymətdən düşmə xərcləri; müəssisənin digər birgə 
müəssisələrin mənfəət və zərərindəki kapital metodu ilə uçota alınmış payı;
gəlir vergisi xərcləri; amortizasiya və qiymətdən düşmədən başqa digər 
maddi qeyri-pul maddələri. 
Konkret olaraq 
seqmentin gəlirləri
dedikdə, bilavasitə həmin seqment 
üzrə əməliyyatlardan alınan gəlirlər başa düşülür. Gəlirlər kənar müş-
tərilərdən, habelə təşkilatın digər seqmentlərindən alınan gəlirlərə bölünür. 
Fövqəladə gəlirlər, həmçinin dividendlər və faizlər formasında gəlirlər, 
investisiyaların satılmasından və borcların ödənilməsindən gəlirlər seqment-
lərin gəlirlərinə daxil edilmir (əgər seqment əməliyyatları bütövlükdə 
maliyyə xarakterli deyildirsə). 

Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin