Maliyyə hesabatı
184
hissəsi başa düşülür. Fövqəladə xərclər, investisiyanın satışından və
borcların ödənilməsindən zərərlər, ödənilən faizlər, ümumi inzibati xərclər,
mənfəət vergisi üzrə ödənişlər və təşkilatın digər analoji xərcləri seqment
xərclərinə aid edilmir.
Seqmentin maliyyə nəticələri onun gəlir
və xərclərini müqayisə
etməklə müəyyənləşdirilir. Bu zaman azlıqların payı nəzərə alınmır.
Seqmentin aktivləri
öz tərkibinə əməliyyat fəaliyyətində istifadə
olunan dövriyyə ehtiyatları, debitor borcları və pul vəsaitləri, habelə həmin
seqmentə aid edilən əsas vəsaitlər və qeyri-maddi aktivlər daxil edilir.
Təşkilatın ümumi məsələlərinin həllində və onun idarə olunmasında sərf
olunan xərclər seqmentin tərkibinə daxil edilmir. İki
və daha çox seqment
tərəfindən istifadə olunan aktivlər onların hesabatının qalıq dəyəri ilə qeydə
alınır (mənfəətin vergiyə cəlb olunması ilə bağlı meydana çıxan debitor
borcları istisna olunur).
Seqmentin öhdəlikləri
malsatanlara və
heyətə olan kreditor borcla-
rından, avans daxilolmalarından, hesablanılan öhdəliklərdən (zəmanətli
xidmət üzrə ehtiyatlar) və s. ibarətdir. Borclar və kreditlər üzrə öhdəliklərin
faizləri seqmentin xərclərinə aid edildiyi halda, həmin öhdəliklər seqment
hesabatında öz əksini tapır. Mənfəət vergisi üzrə
öhdəliklər seqmentlərin
öhdəliklərinə daxil edilmir.
Seqmentin uçot siyasəti
müəssisənin ümumi uçot siyasətindən
fərqlənmir və əksinə, onu tamamlayır. Xüsusi uçot siyasətində gəlirlərin və
xərclərin bölgüsü qaydası, onların tərkibi, seqmentlərin qarşılıqlı məqbulla-
rının qiymətləndirilməsi metodları və s. müəyyənləşdirilir.
İcmal mühasibat hesabatları tərtib edildikdə, seqmentlər üzrə informa-
siyaların təqdim olunmasına həsr edilən ucot
siyasəti icmal mühasibat
hesabatını tərtib edən təşkilat tərəfindən hazırlanılır.
Hesabat seqmentlərinin, gəlirlərin,
xərclərin, aktivlərin, öhdəliklərin
və s. ayrılıqda qeydə alınması ilə nəticələnən uçot siyasətindəki dəyişiklik-
lərin bir çox hallarda maraqlı istifadəçilərin həmin
informasiyalara qiymət
verməsinə təsir göstərə biləcəyini nəzərə alaraq, həmin dəyişikliklər
səbəbləri də göstərilməklə, mühasibat hesabatına əlavədə açıqlanmalıdır.
Dostları ilə paylaş: