Maliyyə hesabatı 186
Seqmentlər üzrə təkrar informasiya ixtisar olunmuş variantda
açıqlanır. Əməliyyat və coğrafi seqmentlər üçün tələb olunan göstəricilər
üzrə informasiyaların açıqlanması eyni deyildir. Belə ki, təkrar əməliyyat
seqmentləri üçün aşağıdakı göstəricilər haqqında informasiyalar zəruridir:
kənar alıcılara satışdan alınan gəlır;
aktivlərin balans kəmiyyəti;
əsas vəsaitlərə və qeyri-maddi aktivlərə kapital qoyuluşlarının
məbləği.
Təkrar coğrafi seqmentlər üzrə informasiyalar aşağıdakı göstəricilər
əsasında açıqlanmalıdır:
təchizat bazarlarının yerləşməsi üzrə fərqləndirilən coğrafi region-
ların bölümündə kənar malalanlara satışdan alınan gəlir (əgər həmin coğrafi
seqmentlərin gəliri təşkilatın kənar alıcılara satışının ən azı 10 faizini təşkil
edirsə);
aktivlərin yerləşdiyi ərazi üzrə fərqləndirilən coğrafi seqmentlərin
aktivlərinin balans dəyəri bütün coğrafi seqmentlərin aktivlərinin ən azı 10
faizini təşkil edirsə;
əsas vəsaitlərə və qeyri-maddi aktivlərə seqmentlər üzrə kapital
qoyuluşlarının məbləği bütün coğrafi seqmentlər üzrə aktivlərin dəyərinin
ən azı 10 faizini təşkil edirsə.
Seqmentlər üzrə informasiyalar təşkilatın fəaliyyətinin ümumi
nəticələri ilə əlaqələndirilməklə, çox böyük sayda göstəriciləri özündə əks
etdirir.
Bütün hallarda seqment hesabatları təşkilatın mənfəət və zərərlər
haqqında hesabatının ümumi göstəriciləri ilə uzlaşdırılmalıdır. Seqment
hesabatlarının
“Aktivlərin ümumi balans dəyəri ” və “
Öhdəliklərin ümumi dəyəri” adlı bölmələri təşkilatın mühasibat balansı ilə uzlaşdırılır.
Qeyd olduğu kimi, seqmentlər üzrə təkrar informasiya ixisar olunmuş
qaydada açıqlanır.
“Əməliyyat seqmentləri üzrə” 34№-li Milli Mühasibat