Maliyyə hesabatı 196
şirkətin assosiasiyalı şirkətin və birgə müəssisənin mənfəət və yaxud
zərərində payı;
mənfəət vergisi üzrə xərclər (yaxud gəlirlər);
amortizasiyadan fərqlənən əhəmiyyətli qeyri-pul maddələri (o cümlədən
qeyri-maddi aktivlər).
Müəssisə hər bir hesabat seqmenti üzrə hesabatda faiz gəlirindən ayrıca
faiz xərclərini verməlidir. Seqment gəlirlərinin böyük hissəsi faizlər və
əməliyyat qərarlarını qəbul edən məsul şəxslər hesabına alındığı hallarda
istisnalara yol verilir.
Belə hallarda müəssisə, hesabatda faiz xərclərini çıxmaqla, seqmentin
faiz gəlirlərini təqdim edə bilər. Bu zaman müvafiq hesablamaların aparıl-
ması faktı açıqlanır.
Əgər konkret məbləğlər əməliyyat qərarlarını qəbul edən şəxslərin
nəzərdə tutduğu seqmentin aktivlərinin göstəricilərinə daxil edilmişdirsə,
onda müəssisə hər bir hesabat seqmenti üzrə aşağıdakı informasiyaları
açıqlamalıdır:
payla iştirakın əsasını təşkil edən assosiasiyalı şirkətə və birgə
müəssisəyə qoyulan investisiyalar;
satın alınan dövriyyədənkənar aktivlərin məbləği (maliyyə alətləri, təxirə
salınan vergi aktivləri, sığorta müqavilələri üzrə meydana çıxan pensiya
aktivləri və hüquqları istisna olmaqla).
Müəssisə hesabatda məhsulların və xidmətlərin hər bir növü, yaxud
oxşar məhsulların və xidmətlərin hər bir qrupu üzrə kənar müştərilərə
satışdan alınan gəlirləri təqdim etməlidir. Belə informasiyaların olmadığı və
yaxud onların hazırlanmsı çox böyük xərclər hesabına başa gəldiyi hallar
istisnalıq təşkil edir. Bu hallarda müvafiq faktların açıqlanması zərurətə
çevrilir.
Hesabatda verilən gəlirin məbləği müəssisənin maliyyə hesabatının
hazırlanması üçün istifadə edilən maliyyə informasiyalarına əsaslanmalıdır.
Müəssisə, hesabatda aşağıdakı coğrafi informasiyaları təqdim etməlidir
(belə informasiyaların olmadığı və yaxud onların hazırlanması çox böyük
xərclər hesabına başa gəldiyi hallar istisna olunur):
xarici şirkətlərə satışdan alınan gəlirlər, o cümlədən: şirkətin qərar-
laşdığı ölkədə satışdan alınan və şirkətin bütün digər xarici ölkələrdə
satışdan aldığı gəlirlər (ümumi göstərici);