Sifariz Səbzəliyev 205
keçirən müvafiq icra hakimiyyəti orqanı həmin ilkin layihənin Maliyyə
Hesabatlarının Beynəlxalq Standartlarına və ya İctimai Sektor üçün
Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğunluğunu və Mühasibat
Uçotu üzrə Məsləhət Şurasının tövsiyəsini nəzərə alır. Qəbul edilən Milli
Mühasibat Uçotu Standartları və ya Milli Mühasibat Uçotu Standartlarına
düzəliş Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarından, İctimai Sektor
üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarından və ya Mühasibat
Uçotu üzrə Məsləhət Şurasının tövsiyəsindən fərqli olduqda, mühasibat
uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra
hakimiyyəti orqanı Milli Mühasibat Uçotu Standartlarının və ya Milli
Mühasibat Uçotu Standartlarına düzəlişin qəbul edilməsinə dair qərarın
əlavəsində bu fərqləri göstərməli və onun səbəblərini açıqlamalıdır.
7.5. Milli Mühasibat Uçotu Standartlarının hazırlanması və qəbul edil-
məsi qaydaları mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata
keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
IV Fəsil. Kommersiya təşkilatlarının maliyyə hesabatları Maddə 8. İctimai əhəmiyyətli qurumların maliyyə hesabatlarının tərtib edilməsi 8.1. Bütün ictimai əhəmiyyətli qurumlar bu Qanuna əsasən tələb olunan
maliyyə hesabatlarını yalnız Maliyyə Hesabatlarının Beynəlxalq Standart-
larına uyğun olaraq tərtib edirlər.
8.2. Bir və ya daha çox törəmə cəmiyyətə malik olan hər hansı ictimai
əhəmiyyətli qurum hüquqi şəxs kimi hazırladığı maliyyə hesabatından əlavə
olaraq, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun birləş-
dirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları tərtib etməlidirlər.
8.3. İctimai əhəmiyyətli qurum birləşdirilmiş (konsolidə edilmiş) maliyyə
hesabatlarını aşağıda göstərilən dörd şərti bütövlükdə yerinə yetirdikdə
tərtib etməyə bilər:
8.3.1. qurum törəmə cəmiyyət olduqda və onun bütün mülkiyyətçiləri
(iştirakçıları, səhmdarları), səs vermə hüququ olmayanlar da daxil olmaqla,
birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməməsi
barədə yekdilliklə razılığa gəldikdə;
8.3.2. qurumun qiymətli kağızları açıq şəkildə satılmadıqda;
8.3.3. qurum açıq bazara qiymətli kağızları buraxmadıqda;