Maliyyə hesabatı 204
etməzdən əvvəl dəyişiklik etmək zəruriyyəti yaranarsa, müvafiq icra haki-
miyyəti orqanı tərəfindən İctimai Sektor üçün Mühasibat Uçotunun Bey-
nəlxalq Standartlarının ilkin formasının tətbiq edilməməsinin səbəbi və
Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları ilə İctimai
Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları arasında mövcud
olan hər hansı digər fərq müvafiq Milli Mühasibat Uçotu Standartlarının
əlavəsində açıqlanmalıdır;
6.0.4. Bu Qanunun 13.2-ci maddəsində göstərilmiş mühasibat uçotu
subyektləri tərəfindən istifadə edilmək məqsədilə müvafiq icra hakimiyyəti
orqanının qəbul etdiyi Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat
Uçotu Standartları.
Maddə 7. Milli Mühasibat Uçotu Standartlarının hazırlanması və qəbul edilməsi 7.1. Mühasibat Uçotu üzrə Məsləhət Şurasının tövsiyəsi ilə mühasibat
uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra
hakimiyyəti orqanı yeni Milli Mühasibat Uçotu Standartlarının və ya möv-
cud olan Milli Mühasibat Uçotu Standartlarına düzəlişin ilkin layihəsinin
dərc olunmasını və bütün maraqlı tərəflərdən 60 gün ərzində həmin layihəyə
dair rəylərin alınmasını təşkil edir.
7.2. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən
müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 7.1-ci maddəsində qeyd
olunan rəylərin nəzərdən keçirilməsi nəticəsində təklif edilən ilkin layihənin
qəbul edilməsi barədə qərar verir. Mühasibat uçotu sahəsində dövlət
tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı yeni Milli
Mühasibat Uçotu Standartlarını və ya mövcud olan Milli Mühasibat Uçotu
Standartlarına düzəlişi ilkin layihədə dərc edildiyi kimi təsdiq etdikdə,
həmin standartların və ya düzəlişin qüvvəyə minməsi tarixini müəyyən edir.
7.3. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən
müvafiq icra hakimiyyəti orqanı ilkin layihəyə dəyişikliklər etmək qərarına
gəldikdə, yeni Milli Mühasibat Uçotu Standartlarının və ya mövcüd olan
Milli Mühasibat Uçotu Standartlarına düzəlişin dəyişdirilmiş layihəsini
hazırlayır və təsdiq edir, həmin standartların və ya ona düzəlişin qüvvəyə
minməsi tarixini müəyyən edir.
7.4. Təklif edilən ilkin layihənin düzəlişlə birlikdə və ya düzəlişsiz təsdiq
edilməsi zamanı mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata