Maliyyə hesabatı 202
məsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla
Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilir.
Maddə 5. Mühasibat Uçotu üzrə Məsləhət Şurası 5.1. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən
müvafiq icra hakimiyyəti orqanına mühasibat uçotu və maliyyə hesabatı
sahəsində məsləhətlər vermək məqsədilə Mühasibat Uçotu üzrə Məsləhət
Şurası yaradılır.
5.2. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən
müvafiq icra hakimiyyəti orqanı Maliyyə hesabatlarının beynəlxalq stan-
dartlarının və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Stan-
dartlarının tətbiqi, Milli mühasibat uçotu standartlarının hazırlanması və
Azərbaycan Respublikasında mühasibat uçotunun inkişafına dair mühüm
məsələlər üzrə qərar qəbul etməzdən əvvəl Mühasibat Uçotu üzrə Məsləhət
Şurası ilə məsləhətləşməlidir.
5.3. Mühasibat Uçotu üzrə Məsləhət Şurası Maliyyə Hesabatlarının
Beynəlxalq Standartlarının və İctimai Sektor üçün Mühasibat Uçotunun
Beynəlxalq Standartlarının tətbiqində maraqlı olan təşkilatların və şəxslərin
Milli Mühasibat Uçotu Standartlarının hazırlanması prosesində iştirakını
təmin etməklə dövlət hakimiyyəti orqanlarının, kommersiya və qeyri-
kommersiya təşkilatlarının, mühasib peşəsini təmsil edən mütəxəssislərdən
və tədris müəssisələrinin nümayəndələrindən ibarət olmalıdır.
5.4. Mühasibat Uçotu üzrə Məsləhət Şurasının bütün üzvləri Maliyyə
Hesabatlarının Beynəlxalq Standartları və İctimai Sektor üçün Mühasibat
Uçotunun Beynəlxalq Standartları haqqında əsaslı biliklərə malik olan
mütəxəssislərdən seçilməlidir.
5.5. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən
müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri Mühasibat Uçotu üzrə
Məsləhət Şurasının tərkibinə sədr və ya üzv kimi daxil edilə bilməzlər.
5.6. Mühasibat Uçotu üzrə Məsləhət Şurasının Nizamnaməsi, sədri və
üzvləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
5.7. Mühasibat Uçotu üzrə Məsləhət Şurasının maliyyələşdirilməsi
mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq
icra hakimiyyəti orqanının büdcəsindən ayırmalar və qanunvericiliklə
qadağan olunmayan digər mənbələr hesabına təmin edilir.