Maliyyə hesabatı
198
Ə
LAV
Ə
L
Ə
R
Ə
lav
ə
1
.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının
Qanunu
Əlavə 2.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasi
Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin
Fərmanı
Əlavə 3.
Azərbaycan Dövlət Neft Şirkətinin 31 dekabr 2014-cü il
tarixə Konsolidasiya Edilmiş Maliyyə Hesabatları
Sifariz Səbzəliyev
199
Əlavə 1
“MÜHASİBAT UÇOTU HAQQINDA”
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I Fəsil. Ümumi müddəalar
Maddə 1. Qanunun təyinatı
1.1. Bu Qanun mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq
Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər,
habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki
şəxslər (bundan sonra mətndə - mühasibat uçotu subyektləri adlandırılacaq)
tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə
hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını tənzimləyir.
1.2. Azərbaycan Respublikasının ərazisində qanunla nəzərdə tutulmuş
hallar istisna olmaqla icra hakimiyyəti orqanları və büdcədənkənar dövlət
fondları tərəfindən onların səlahiyyətləri daxilində işlənib hazırlanmış
mühasibat uçotu ilə əlaqədar bütün normativ-hüquqi aktlar, habelə, tövsiyə
xarakteri daşıyan sənədlər müvafiq icra hakimiyyəti orqanı ilə razılaş-
dırılaraq, təsdiq edildikdən sonra tətbiq edilə bilər.
Maddə 2. Əsas anlayışlar
2.1. Bu Qanunda istifadə edilmiş anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. Uçot qaydaları – bu Qanuna əsasən maliyyə hesabatlarını Milli
Mühasibat Uçotu Standartlarına müvafiq hazırlamalı olan mühasibat uçotu
subyektləri üçün ilkin sənədlərin və uçot registrlərinin formasını müəy-
yənləşdirən qaydalardır.
2.1.2. Qrup – əsas təsərrüfat cəmiyyəti (ortaqlığı) və onun bütün törəmə
cəmiyyətləridir.
2.1.3. Maliyyə hesabatlarının beynəlxalq standartları – Mühasibat
Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən işlənib hazırlanmış,
qəbul və ya təsdiq olunmuş Mühasibat Uçotunun Beynəlxalq Standartları,
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Şərhlər üzrə Daimi
Komitənin şərhləri, habelə Maliyyə Hesabatları Şərhi üzrə Beynəlxalq
Komitənin müvafiq şərhləridir.
2.1.4. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları –
Mühasiblərin Beynəlxalq Federasiyasının İctimai Sektor üzrə Komitəsi
|