Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti
Fakültə; İqtisadiyyat və İdarəetmə
İxtisas; Biznesin idarə edilməsi
Qrup; 921A
Fənn; Firma iqtisadiyyatı
Müəllimə: Kərimova Xəyalə
Tələbə; Əbilzadə Asif
Mövzu; Büdcədənkənar fondlar
Büdcədənkənar dövlət fondları nədir ?
Həmin fondlar bir növ ayrı-ayrı sosial, iqtisadi, kredit, sənaye və s. problemlərin həlli məqsədilə yaradılır. Ona görə də büdcədənkənar fondlarda toplanan vəsaitlər məqsədli xarakter daşıyır. Bu fondlar dövlət büdcəsi ilə müqayisədə avtonom (muxtar), müstəqil əhəmiyyət kəsb edir və deyildiyi kimi müəyyən tədbirlərin həyata keçirilməsinə xidmət edir. Lakin, büdcədənkənar fondların müstəqil formalaşdırılması zəruri hallarda onların dövlət büdcəsində birləşməsini istisna etmir.
"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının qanununda göstərildiyi kimi büdcədənkənar dövlət fondları qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən hüquqi şəxs qismində təsis edilmiş və dövlət büdcəsindənkənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur. Başqa sözlə büdcədənkənar dövlət fondları Dövlət büdcəsindən və Azərbaycan Respublikası subyektlərinin büdcələrindən kənar yaradılan, vətəndaşların konstitusiya hüquqlarının təmin edilməsi, iqtisadi və sosial xarakterli bəzi tələbatlarının ödənilməsi üçün müəyyən edilmiş pul vəsaitləri fondlarıdır.
Büdcədənkənar fondlar maliyyə sisteminin tərkib hissəsinə daxil olsada bir sıra mühüm, yalnız onlara xas olan xüsusiyyətlərə malikdir:
Büdcədənkənar fondlar maliyyə sisteminin tərkib hissəsinə daxil olsada bir sıra mühüm, yalnız onlara xas olan xüsusiyyətlərə malikdir:
1. Dövlət idarəetmə və icra hakimiyyəti orqanları tərəfindən yaradılır, ciddi məqsədli təyinata malikdirlər;
2. Büdcədənkənar fondların vəsaiti büdcənin tərkibinə daxil edilməyən dövlət xərclərini maliyyələşdirmək üçün istifadə olunur;
3. Hüquqi və fiziki şəxslərin məcburi tədiyyələri hesabına təşkil olunur;
4. Ancaq sonradan onlar digər gəlir mənbələrinə də malik ola bilərlər;
Fonda sığorta ödəmələri və onların ödənilməsi prosesindəki qarşılıqlı əlaqələr vergi təbiətinə malikdir, vergilər kimi onların da tarifləri dövlət tərəfindən müəyyən edilir və ödənilməsi məcburidir.