Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti Fakültə; İqtisadiyyat və İdarəetmə


Büdcədənkənar fondların təsnifləşməsi



Yüklə 1,31 Mb.
səhifə4/7
tarix10.05.2023
ölçüsü1,31 Mb.
#110473
1   2   3   4   5   6   7
firma iqtisadiyyatı kopyası kopyası

Büdcədənkənar fondların təsnifləşməsi


Büdcədənkənar fondlar müxtəlif əlamətərinə görə aşağıdakı kimi təsnifləşdirilir:
∆ müddətinə görə: daimi və müvəqqəti;
∆ məqsədlərinə görə; sosial müdafiə, iqtisadi və digər;
mənsubiyyətinə görə; mərkəzi dövlət və yerli fondlara bölünürlər.
Büdcədənkənar məqsədli dövlət fondları sosial yönümə və ciddi məqsədli təyinata malikdir. Məqsədli təyinatından asılı olaraq büdcədənkənar dövlət fondları iki qrupa: məqsədli sosial fondlara və məqsədli iqtisadi fondlara ayrılır.
Azərbaycan Respublikasında büdcədənkənar məqsədli dövlət sosial fondlarına aşağıdakılar daxildir:
Dövlət Sosial Müdafiə Fondu; Əhalinin Məşğulluğuna Kömək Fondu və Əlillərin Sosial Müdafiə Fondu.
Əlillərin Sosial Müdafiə Fondunun büdcəsi Dövlət büdcəsinin vəsaitləri mülkiyyət formasından asılı olmayaraq respublika ərazisində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların mənfəətindən 1% məcburi ayrılmalar, idarə, müəssisə və təşkilatların, habelə vətəndaşların ianələri, fondun sahibkarlıq fəaliyyətindən əldə olunan vəsaitlər, xeyriyyə tədbirlərindən (auksionlar, konsertlər, olimpiadalar, marafon və s.) toplanan vəsaitlər hesabına formalaşırdı.
  • Bundan başqa Respublikamızda ayrı-ayrı iqtisadi xarakterli bir neçə fond: Dövlət Yol Fondu; Sahibkarlığa Yardım Milli Fondu; Təbiət Mühafizə Fondu; Meşələrin qorunub Saxlanması və Təkrar İstehsalı Fondu yaradılmış və fəaliyyət göstərmişdir.
  • Vəsaitlərin cəlb edilməsi həcminə görə ən iri fond Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondudur.
  • Hazırda bütün dövlətlərdə, o cümlədən sənayecə inkişaf etmiş dövlətlərdə də büdcədənkənar fondlar yaradılmaqla iqtisadi və sosial sahədə baş verə biləcək çətinliklər aradan qaldırılır. Büdcədənkənar fondlar ilk növbədə ABŞ-da yaradılmış, sonradan isə bütün dövlətlərdə yayılmağa başlamışdır. Büdcədənkənar fondlar dövlətin müxtəlif mənbələrdən maliyyə ehtiyatlarının toplanmasına və həmin ehtiyatlar hesabına özünün sosial iqtisadi məsələlərinin həll etməsinə şərait yaradır.

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin