Hər iki fondların maddi mənbəyi milli gəlirdir. Milli gəlir vergilər və rüsumlar, istiqrazlar və büdcə vəsaiti şəklində büdcədənkənar fondlara cəlb edilir.
1994 – cü ildən başlayaraq Azərbaycan Respublikasında büdcədənkənar fondların yaradılması dövlət tərəfindən tənzimlənməyə başlandı. 1994 – cü il fevral ayının 16 – da Yol fondunun yaradılması haqqında prezident fərmanı ilə Azərbaycanda büdcədənkənar fondların yaradılması prosesi təşəkkül tapmağa başladı. Bu fondların yaradılması üçün dünya təcrübəsindən istifadə olunsada ölkəmizim milli xüsusiyyətləri nəzərə alındı.Büdcədənkənar fondların fəaliyyət göstərməsinin bir sıra üstünlükləri vardır.

Bu üstünlüklərə aiddir.:
Birincisi, fondların müxtəlif fəaliyyət göstərməsi. İqtisadiyyatın qeyri – sabitliyi və büdcə kəsirinin mövcudluğu şəraitində xüsusi tədbirlərin maliyyələşdirilməsi sabit olaraq büdcədənkənar fondlar vasitəsi ilə həyata keçirilir.
İkinci üstünlüyü ondan ibarətdir ki, büdcədənkənar fondların gəlir hissəsi büdcəyə nisbətən tez dolur və bu da fondu müsbət saldonun mövcudluğu şəraitində büdcəsinin kreditoru rolunu oynamağa imkan verir.