Sifariz Səbzəliyev 203
III Fəsil. Mühasibat uçotu standartları Maddə 6. Azərbaycan Respublikasında tətbiq edilən mühasibat uçotu standartları 6.0. Bu Qanuna müvafiq olaraq Azərbaycan Respublikasında tətbiq
edilən mühasibat uçotu standartları aşağıdakılardır:
6.0.1. Bu Qanunun 8.1-ci maddəsində göstərilmiş mühasibat uçotu
subyektləri tərəfindən tam şəkildə istifadə edilmə məqsədilə qəbul olunmuş
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları. Bu standartlara dəyişik-
liklər yalnız Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası tərəfindən
edilə bilər və onlar həmin şura tərəfindən rəsmi şəkildə qəbul edildikdən
sonra qüvvəyə minir;
6.0.2. Bu Qanunun 10.1-ci maddəsində göstərilmiş mühasibat uçotu
subyektləri tərəfindən istifadə edilmə məqsədilə müvafiq icra hakimiyyəti
orqanının qəbul etdiyi Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu
Standartları.Bu standartlar Maliyyə Hesabatlarının Beynəlxalq Standartları
əsasında hazırlanaraq, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ilə
nizamlanan bütün məsələləri əhatə etməlidir. Maliyyə hesabatlarının beynəl-
xalq standartlarının hər hansı birinin bütövlükdə və ya onun hər hansı müd-
dəasını Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına
daxil etməmək və ya daxil etməzdən əvvəl dəyişiklik etmək zəruriyyəti
yaranarsa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən Maliyyə Hesabat-
larının Beynəlxalq Standartlarının ilkin formasının tətbiq edilməməsinin
səbəbi və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları
ilə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları arasında mövcud olan
hər hansı digər fərq müvafiq Milli Mühasibat Uçotu Standartlarının əlavə-
sində açıqlanmalıdır;
6.0.3. Bu Qanunun 13.1-ci maddəsində göstərilmiş mühasibat uçotu
subyektləri tərəfindən istifadə edilmə məqsədilə müvafiq icra hakimiyyəti
orqanının qəbul etdiyi Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Stan-
dartları.Bu standartlar İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq
Standartları əsasında hazırlanaraq İctimai Sektor üçün Mühasibat Uçotunun
Beynəlxalq Standartları ilə nizamlanan bütün məsələləri əhatə etməlidir.
İctimai sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının hər
hansı birinin bütövlükdə və ya onun hər hansı müddəasını Büdcə Təşki-
latları üçün Milli Mühasibat Uçotu Standartlarına daxil etməmək və ya daxil