Maliyyə hesabatı 206
8.3.4. qurumun bilavasitə və ya son nəticədə tabe olduğu əsas cəmiyyət
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarını bu Qanunun 12-ci maddəsinin
tələblərinə müvafiq olaraq dərc etdirdikdə.
Maddə 9. Kiçik sahibkarlıq subyektlərinin maliyyə hesabatlarının tərtib edilməsi 9.0. Kiçik sahibkarlıq subyektləri:
9.0.1. Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun Qayda-
larına uyğun olaraq maliyyə hesabatlarını tərtib etməlidirlər; və ya
9.0.2. öz seçimlərindən asılı olaraq maliyyə hesabatlarını Kommersiya
Təşkilatları üçün Milli Muhasibat Uçotu Standartlarına uyğun şəkildə tərtib
edə bilərlər.
Maddə 10. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarliq sub- yektləri istisna olmaqla, kommersiya təşkilatlarının maliyyə hesabat- larının tərtib edilməsi `10.1. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarliq subyektləri
istisna olmaqla, kommersiya təşkilatları:
10.1.1. maliyyə hesabatlarını Kommersiya Təşkilatları üçün Milli
Mühasibat Uçotu Standartlarına uyğun tərtib etməlidirlər; və ya
10.1.2. öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını Maliyyə
Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib edə bilərlər.
10.2. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri
istisna olmaqla, bir və ya daha çox törəmə cəmiyyətlərə malik olan kom-
mersiya təşkilatları birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını
qrupun göstəriciləri (illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və
balansın yekun məbləği), həmin hesabatların tərtib olunduğu tarixə müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi müvafiq meyar göstəricilərinin
(illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun məbləği)
ikisindən yuxarı olduqda, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına
uyğun tərtib edirlər.
10.3. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri
istisna olmaqla, bir və ya daha çox törəmə cəmiyyətlərə malik olan kom-
mersiya təşkilatlarından, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabat-
larının bu Qanunun 10.2-ci maddəsinə əsasən Maliyyə Hesabatlarının Bey-
nəlxalq Standartlarına uyğun tərtib edilməsi tələb olunmadıqda, onlar bu he-