Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə193/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   190   191   192   193   194   195   196   197   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

 


Sifariz Səbzəliyev
 
209 
V Fəsil. Qeyri-kommersiya təşkilatlarının maliyyə hesabatları 
Maddə 13.Qeyri-kommersiya təşkilatlarının maliyyə hesabatlarının 
tərtib edilməsi
13.1.Bələdiyyə orqanları, büdcə təşkilatları və büdcədənkənar dövlət 
fondları bu Qanuna əsasən tələb olunan maliyyə hesabatlarını Büdcə 
Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edirlər. 
13.2. Qeyri-hökumət Təşkilatları bu Qanuna əsasən tələb olunan maliyyə 
hesabatlarını Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu 
Standartlarına uyğun tərtib edirlər. 
Maddə 14. Qeyri-kommersiya təşkilatları üçün hesabat dövrü
maliyyə hesabatlarının təqdim və dərc edilməsi qaydası
14.1. Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının maliyyə 
hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi qaydaları 
mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq 
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
14.2. Bələdiyyə orqanlarının maliyyə hesabatlarının təqdim edilməsi
hesabat dövrləri və dərc edilməsi qaydaları bələdiyyə tərəfindən müəyyən 
edilir. 
14.3. Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının bu Qanuna 
uyğun olaraq təqdim etdikləri maliyyə hesabatları "Büdcə sistemi haqqında" 
Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının illik 
dövlət büdcəsi haqqında qanunları və büdcə sisteminə aid olan digər 
müvafiq normativ hüquqi aktlar əsasında tələb olunan maliyyə hesabatlarını 
əvəz etmir, onlara əlavə edilir. 
14.4. Qeyri-hökumət təşkilatları üçün hesabat dövrləri bu Qanunun 11-ci 
maddəsinə uyğun olaraq müəyyənləşdirilir. 
14.5. Qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını bu Qanunun 
12-ci maddəsinin tələblərinə uyğun olaraq dərc etdirirlər. 

Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin