Sifariz Səbzəliyev 213
1.1.3.4. 18.3-ci maddəsinə müvafiq olaraq Milli Mühasibat Uçotu
Standartları bütövlükdə qüvvəyə minənədək hazırlanmış Milli Mühasibat
Uçotu Standartlarının mərhələlərlə tətbiqi müddətlərini müəyyən etsin;
1.2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun
18.4-cü maddəsinə müvafiq olaraq 2008-ci il 1 yanvar tarixinə qədər
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uço-
tunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiy-
yətli qurumların siyahısını hazırlayıb Azərbaycan Respublikası Prezi-
dentinin İcra Aparatı ilə razılaşdırmaqla təsdiq etsin;
1.3. öz səlahiyyətləri daxilində «Mühasibat uçotu haqqında» Azərbaycan
Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin;
1.4. səlahiyyətlərinə aid edilən məsələlərin icrası barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin.
2. Müəyyən edilsin ki:
2.1. «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununun
1.2-ci, 2.1.5-ci, 2.1.6-cı, 2.1.7-ci, 4.2-ci, 4.3-cü, 4.4-cü. 5.1-ci, 5.2-ci, 5.5-ci,
5.7-ci, 6.0.2-ci (birinci və ücüncü cümlələrdə), 6.0.3-cü (birinci və ücüncü
cümlələrdə), 6.0.4-cü, 7.1-ci, 7.2-ci (birinci və ikinci cümlələrdə),7.3-cü,
7.4-cü (birinci və ikinci cümlələrdə), 7.5-ci, 12.2-ci (birinci və ikinci
cümlələrdə) və 14.1-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra haki-
miyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi həyata keçirir;
2.2. həmin Qanunun 2.1.9-cu, 5.6-cı (Mühasibat Uçotu üzrə Məsləhət
Şurasının tərkibinin təsdiq edilməsi hissəsində), 10.2-ci, 18.3-cü, və 18.4-cü
maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın
səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata
keçirir;
2.3. həmin Qanunun 1.2-ci və 4.3.3-cü maddələrində nəzərdə tutulmuş
“icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini mərkəzi icra hakimiyyəti
orqanları həyata keçirir;
2.4. həmin Qanunun 5.6-cı maddəsində (Mühasibat Uçotu üzrə Məsləhət
Şurasının Nizamnaməsinin təsdiq edilməsi hissəsində) nəzərdə tutulmuş
“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki: