Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ


Maddə 12. Kommersiya təşkilatlarının maliyyə hesabatlarının təq-



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə192/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   188   189   190   191   192   193   194   195   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maddə 12. Kommersiya təşkilatlarının maliyyə hesabatlarının təq-
dim və dərc edilməsi qaydası 


Maliyyə hesabatı
208 
12.1. Kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş 
(konsolidə edilmiş) maliyyə hesabatlarını dövlət orqanlarına qanunvericilik 
aktları ilə, digər şəxslərə isə nizamnamələri ilə müəyyən olunmuş hallarda, 
qaydada və müddətlərdə təqdim edirlər.
12.2. Təbii inhisar fəaliyyəti subyektləri və dövlət (hökumət) zəmanəti ilə 
kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak 
edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən 
səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaitləri ayrılan kommer-
siya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə 
edilmiş) maliyyə hesabatlarını mühasibat uçotu sahəsində dövlət tənzimlən-
məsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına onun müraciəti 
əsasında təqdim edirlər. Bu müvafiq icra hakimiyyəti orqanı həmin maliyyə 
hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını 
qanunvericiliklə müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə bu 
hesabatların alınmasında maraqlı olan hər hansı şəxsə təqdim edir. 
12.3. İctimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edil-
miş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından həmçinin 
aşağıdakılar tələb olunur: 
12.3.1. qurumun İnternet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst 
istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləş-
dirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, qanunvericiliklə 
müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, həmin internet səhifə-
sində dərc olunması;
12.3.2. qurumun illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə 
edilmiş) maliyyə hesabatlarının qanunvericiliklə müəyyən edilmiş hallarda 
auditor rəyi ilə birlikdə mətbu orqanda dərc olunması;
12.3.3. qurumun illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə 
edilmiş) maliyyə hesabatlarının nüsxəsinin qanunvericiliklə müəyyən 
edilmiş hallarda auditor rəyi ilə birlikdə hər hansı şəxsə, onun müraciəti 
əsasında pulsuz təqdim olunması.
12.4. Mühasibat uçotu subyektinin nizamnaməsi ilə müəyyən olunmuş 
idarəetmə orqanı bu subyektin maliyyə hesabatlarının və birləşdirilmiş 
(konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanmasına, təqdim və dərc 
olunmasına cavabdehdir. 

Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin