Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə194/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   190   191   192   193   194   195   196   197   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

 
VI Fəsil. Yekun müddəalar 
Maddə 15. Mühasibat məlumatlarının məxfiliyinin qorunması
15.1. İlkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və digər uçot 
sənədlərinin məzmunu qanunvericiliyə müvafiq olaraq kommersiya sirridir. 


Maliyyə hesabatı
210 
15.2. Dövlət orqanlarının qanunla müəyyən edilmiş hallarda və qaydada 
mühasibat uçotunda istifadə olunan bütün sənədlərlə tanış olmaq hüququ 
vardır. 
15.3. Mühasibat uçotu subyekti tərəfindən audit yoxlamasına cəlb olun-
muş auditorun qanunvericiliklə müəyyən edilmiş qaydada bütün mühasibat 
uçotu sənədləri ilə tanış olmaq hüququ vardır. 
Maddə 16. Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə 
məsuliyyət 
Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləş-
dirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim 
olunması, uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliyin po-
zulmasına görə təqsirkar olan şəxslər müəyyən edilmiş qaydada məsuliyyət 
daşıyırlar. 
Maddə 17. İcra müddəti
17.0. Mühasibat uçotu subyektləri bu Qanunun 8-ci, 9-cu, 10-cu və 13-cü 
maddələrində göstərilmiş tələbləri aşağıda müəyyən edilmiş tarixlərdən gec 
olmayaraq bütün hesabat dövrləri üçün icra etməlidir:
17.0.1. bu Qanunun 8-ci və 10-cu maddələrində göstərilmiş bütün 
mühasibat uçotu subyektləri-2008-ci il 1 yanvar tarixdən
17.0.2. bu Qanunun 9-cu maddəsində göstərilmiş bütün mühasibat uçotu 
subyektləri-2006-cı il 1 yanvar tarixdən
17.0.3. bu Qanunun 13-cü maddəsində göstərilmiş bütün mühasibat uçotu 
subyektləri- 2009-cu il 1 yanvar tarixdən.
Maddə 18. Keçid müddəaları 
18.1. Bu Qanunla müəyyən edilmiş Milli Mühasibat Uçotu Standartları 
və uçot qaydaları qüvvəyə minənədək mühasibat uçotu ilə bağlı mövcud 
olan normativ hüquqi aktlar qüvvədə qalır. 
18.2. Bu Qanunla müəyyən edilmiş Milli Mühasibat Uçotu Standartları 
qüvvəyə mindikdən sonra Mühasibat uçotu ilə bağlı qüvvədə olan normativ 
hüquqi aktlar ilə Milli Mühasibat Uçotu Standartları və uçot qaydaları 
arasında ziddiyyət yarandığı halda, Milli Mühasibat Uçotu Standartları və 
ya uçot qaydaları tətbiq edilir. 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin