Maliyyə hesabatı 190
kənar müştərilərdən olan gəlir;
eyni müəssisənin müxtəlif əməliyyat seqmentləri ilə olan razılaşma-
lardan alınan gəlir;
faiz gəlirləri;
faiz xərcləri;
amortizasiya və qiymətdəndüşmə xərcləri;
kommersiya təşkilatları üçün “Maliyyə Hesabatlarının təqdimatı üzrə”
1№-li MMUS-ə uyğun olaraq açıqlanmış gəlir və xərc maddələri;
müəssisənin digər birgə müəssisələrin mənfəət və zərərindəki kapital
metodu ilə uçota alınmış payı;
gəlir vergisi xərci və ya gəliri;
amortizasiya və qiymətdəndüşmədən başqa, digər maddi qeyri-pul
maddələri.
12.5. Seqment hesabatlarının ilkin və təkrar formatlarının formalaşması 34№-li Standart müəssisənin necə bir təşkilati bölməsi kimi, təsərrüfat
və coğrafi seqmentlərin formalaşmasını tövsiyə edir. Ümumiyyətlə, həmin
standart təkcə kənar hesabatlar üçün seqmentlərin yaradılmasına cəhd
göstərmir. Sonuncu, informasiyaların hazırlanması zamanı səhvlərə gətirib
çıxarır, nəticələr qiymətləndirildikdə və resurslar gələcəkdə bölüşdürül-
dükdə idarəetmə heyətinin nəzarət imkanlarını aşağı salır.
Əgər şirkətlərin təşkilat strukturunda daxili bölmələrə yuxarıda şərh
olunan amillər yaramırsa, onda şirkətlərin administrasiyası həmin amillər
əsasında seqmentlərin formalaşmasının digər variantlarını nəzərdən keçirir.
Daxili hesabatı təcəssüm etdirən seqmentlər üçün daha aşağı səviyyədə
kənar seqmentlərin formalaşması məqsədilə onlardan istifadə imkanlarını
araşdırmaq lazımdır.
Biri-birinə əhəmiyyətli dərəcədə oxşar gələn təsərrüfat, yaxud coğrafi
seqmentlər vahid iriləşdirilən seqment şəklində birləşdirilə bilər. Müvafiq
amillərin sabit dəstinin mövcudluğu və bir neçə il ərzində eyniadlı maliyyə
göstəricilərinin azacıq fərqli olması oxşarlığı təsdiq edən əlamətdir.