Maliyyə hesabatı
182
həmcins mallar, mal qrupları, istehsalatlar, iş və xidmətlər üzrə təşkilatın
fəaliyyətini xarakterizə edir.
Bu zaman malların (iş və xidmətlərin) bir seqmentində oxşarlıq və
birləşə bilmək imkanlarını xarakterizə edən aşağıdakı
amillər nəzərdən
keçirilir:
təyinatı;
istehsalın xarakteri;
istehlakçılar;
satış (yayılmaq) metodları;
təşkilatdaxili idarəetmə.
Hesabat seqmentləri seçildikdə mühasibat hesabatlarından
istifadə
edənləri yaddan çıxartmaq olmaz: hesabat seqmenti üzrə informasiya dəqiq,
etibarlı və müqayisəyə gələn olmalıdar.
Coğrafi seqmentlər
– təşkilatların
fəaliyyətini müəyyən ərazi
çərçivəsində (bölgələr, regionlar) xarakterizə edir.
Coğrafi hesabat seqmentlərini fərqləndirdikdə aşağıdakılara diqqət
yetirmək məqsədəuyğundur:
iqtisadi və siyasi şərtləri müəyyən edən oxşarlıq;
müxtəlif coğrafi regionlarda aparılan fəaliyyət üzrə sabit əlaqələrin
mövcudluğu;
həyata keçirilən fəaliyyətin oxşarlığı;
müvafiq coğrafi regionlarda baş verən risklər;
valyuta nəzarəti və valyuta risklərindəki qaydaların ümumiliyi.
Coğrafi hesabat seqmentləri təşkilatın aktivlərinin
yerləşdiyi yerlər
üzrə (zavodların, istehsalat güclərinin və i.a. yerləşməsi), yaxud malların
təchizatı bazarları, fəaliyyətin digər nəticələri (sifarişçilərin, iş, xidmət və c.
istehlakçıların yerləşməsi) üzrə fərqləndirilə bilər.
Hesabat seqmentləri seçildikdə, nəzərdən keçirilən amillər haqqında
ümumiləşdirilən informasiya aşağıdakı cədvəldə verilmişdir (cədvəl 12.1).
Dostları ilə paylaş: