Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə165/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   161   162   163   164   165   166   167   168   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-


-li MMUS
tətbiq olunur. 
 
11.5. Xalis monetar maddələr üzrə birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatları 
 
Maliyyə hesabatının hiperinflyasiyanın təsirinə uyğun işlənməsi pro-
sesində mühüm məsələlərdən biri də birləşdirilmiş (konsolidə edlmiş) 
maliyyə hesabatlarının yenidən nəzərdən keçirilməsidir.
 
Maiyyə hesabat-
larını hiperinflyasiya şəraitində olan ölkənin valyutasında təqdim edən əsas 
müəssisə, həmçinin hiperinflyasiya şəraitində olan ölkənin valyutasında 
hesabat verən törəmə müəssisələrə malik ola bilər. Belə törəmə müəssisə
-
lərin maliyyə hesabatları, əsas müəssisənin birləşdirilmiş (konsolidə edil-
miş) maliyyə hesabatlarına daxil edilməzdən əvvəl, valyutasında hesabat 
verdiyi ölkənin ümumi qiymət indeksi tətbiq olunmaqla yenidən təqdim 
olunmalıdır. Bu törəmə müəssisə xarici müəssisə olduqda, onun yenidən 
təqdim olunmuş maliyyə hesabatları hesabat dövrünün sonuna olan məzən-
nəyə əsasən konvertasiya olunur. Hiperinflyasiya şəraitində olan ölkənin 


Maliyyə hesabatı
178 
valyutasında təqdim edilməyən törəmə müəssisələrin maliyyə hesabatları 
«
Xarici valyuta məzənnələrində dəyişikliklərin uçotu üzrə» 22

-li 
MMUS
-ə uyğun olaraq işlənir. 
Müxtəlif hesabat tarixlərinə hazırlanan maliyyə hesabatları birləş-
dirildikdə, həm monetar, həm də qeyri-monetar maddələr birləşdirilmiş 
(konsolidə edilmiş) maliyyə hesabatlarının tərtib olunduğu tarixə qüvvədə 
olan qiymətləndirmə vahidlərinə keçirilməlidir. İqtisadiyyat hiperinflyasiya 
şəraitində olan ölkənin valyutası ilə təqdim edilən birləşdirilmiş (konsolidə 
edilmiş) maliyyə hesabatı 30

-li Standartın müddəaları nəzərə alınmaqla 
tərtib olunmalıdır. Bu zaman müxtəlif situasiyalar mümkündür: 

ana təşkilat və övlad şirkət hiperinflyasiya şəraitində olan ölkənin 
valyutası ilə hesabat verir; 

ana təşkilat, yaxud övlad şirkət müxtəlif ölkələrin, o cümlədən iqti-
sadiyyatı hiperinflyasiya şəraitində olan ölkənin valyutası ilə hesabat verir; 

ana təşkilat və övlad şirkət iqtisadiyyatı hiperinflyasiya şəraitində 
olan ölkənin valyutası ilə müxtəlif tarixlərə fərdi maliyyə hesabatları tərtib 
edir. 
İqtisadiyyatı hiperinflyasiya şəraitində olan ölkənin valyutası ilə ma-
liyyə hesabatı tərtib edən ana və onun övlad şirkətləri konsolidə edilmiş 
hesabat tərtib etdikdə müəyyən tələblərə əməl etməlidir. Konsolidə edilmiş 
hesabat tərtib olunmazdan əvvəl fərdi hesabatda ölkənin ümumi qiymət 
indeksinə uyğun olaraq düzəliş aparılmalıdır. Düzəliş proseduru əvvəllər 
araşdırılan qaydada həyata keçirilməlidir. 
Ana və övlad şirkətlər müxtəlif ölkələrin valyutası əsasında konsolidə 
edilmiş hesabat tərtib etdikləri halda, hesabatların göstəriciləri müqayisəli 
görünüşə gətirilməldir. Əgər övlad şirkət xaricidirsə və hesabatı öz ölkəsinin 
valyutası ilə tərtib edirsə, onda göstəricilər hesabatın tərtib edildiyi tarixə 
qüvvədə olan valyuta məzənnəsi üzrə yenidən hesablanmalıdır. Əgər övlad 
müəssisə özünün hesabatını iqtisadiyyatı hiperinflyasiya şəraitində olan 
ölkənin valyutası ilə tərtib edirsə, onda müvafiq göstəricilər «

Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin