Maliyyə hesabatı 150
mahiyyətini və iqtisadi reallığını əks etdirməyə əhəmiyyət verməlidir. Bu
mahiyyət və iqtisadi reallıq sahibkarın birləşdirilmiş (konsolidə edilən) ma-
liyyə hesabatlarında, sahibkarın proporsional konsolidasiya üzrə hazırkı
Standartın 32-ci maddəsində təsvir olunmuş iki hesabat formasından birin-
dən istifadə edərək, birgə nəzarət edilən müəssisənin aktiv, öhdəlik, gəlir və
xərclərindəki iştirak paylarını tanıdığı zaman öz əksini tapır.
Standartın 32-ci maddəsində göstərilir ki, proporsional konsoli-
dasiyanı həyata keçirmək üçün müxtəlif hesabat formalarından istifadə edilə
bilər. Sahibkar birgə nəzarət edilən müəssisənin, aktivlərinin, öhdəliklərini,
gəlir və xərclərinin hər birindəki payını öz maliyyə hesabatlarında ayrı sətir
maddələri ilə göstərə bilər. Bu hesabat formalarının hər ikisi mənfəət və ya
zərərin eyni məbləğinin göstərilməsi ilə aktivlərin, öhdəliklərin, gəlir və
xərclərin əsas təsnifatı ilə nəticələnir. Hər iki forma hazırkı Standartın
məqsədləri üçün münasibdir.
Proporsional konsolidasiyanın tətbiqi sahibkarın birgə nəzarət etdiyi
aktivlərdəki payının və birgə cavabdeh olduğu öhdəliklərdəki payının
sahibkarın balans hesabatına daxil olduğu mənasına gəlir. Sahibkarın birgə
nəzarət edilən müəssisənin gəlir və xərclərindəki payı onun mənfəət və
zərərlər haqqında hesabatına daxildir. Proporsional konsolidasiyanın tətbiqi
prosedurlarının çoxu 19№-li MMUS-da göstərilən törəmə müəssisələrə
investisiyaların konsolidasiyası prosedurları ilə eynidir.
Əgər sahibkar qarşılıqlı əvəzləşmənin aparılması üçün qanuni
hüquqa malik deyilsə və qarşılıqlı əvəzləşdirmə aktivin reallaşdırılması və
ya öhdəliklərin ödənilməsi kimi gözləntiləri əks etdirmirsə, onda hər hansı
aktiv və ya öhdəliklərin çıxılması vasitəsilə və ya hər hansı gəlir və ya
xərclərin, digər gəlir və ya xərclərin çıxılması vasitəsilə qarşılıqlı əvəzləş-
dirılməsinə yol verilmir. Sahibkarın birgə nəzarət edilən müəssisə üzərində
birgə nəzarətin bitdiyi tarixdən etibarən o, proporsional konsolidasiyanın
tətbiqini dayandırmalıdır. Sahibkar birgə nəzarət edilən müəssisə üzərindəki
nəzarətdə iştirakını dayandırdığı tarixdən etibarən proporsional konsolida-
siyanın tətbiqi dayandırılır.