Sifariz Səbzəliyev
147
İki və ya daha artıq sahibkar müqavilə şərtləri üzrə qarşılıqlı
öhdəlik daşıyırlar;
Müqavilə şərtləri birgə nəzarəti təmin edir.
İnvestisiya obyekti olan müəssisə hüquqi baxımdan yenidən təşkil
olunduqda və ya müflis vəziyyətinə düşdükdə,
yaxud sahibkara vəsait
ötürmə qabiliyyəti üzrə ciddi uzunmüddətli məhdudiyyətlər altında fəaliyyət
göstərdikdə, birgə nəzarət aradan qaldırıla bilər. Əgər birgə nəzarət davam
edirsə, bu hadisələr özlüyündə birgə müəssisənin uçotunun hazırkı Standarta
uyğun olaraq aparılmasına kifayət qədər əsas vermir.
Müqavilə razılaşmasının mövcud olması birgə nəzarəti təmin edən iştirak
paylarını, investorun əhəmiyyətli təsirə malik olduğu asılı təsərrüfat
cəmiyyətlərinə qoyulan sərmayələrdən fərqləndirilir (bax: “Asılı təsərrüfat
cəmiyyətlərinə investisiyaların uçotu üzrə” 20№-li MMUS).
Birgə nəzarəti
təmin edən müqavilə razılığı olmadan həyata keçirilən heç bir fəaliyyət bu
standartın məqsədləri baxımından birgə fəaliyyət hesab edilmir.
Müqavilə razılığı birgə fəaliyyət üzərində birgə nəzarətin yaradılmasını
təmin edir. Belə bir tələb hər hansı sahibkarın müəssisə fəaliyyəti üzərində
birtərəfli nəzarətə malik olmasının qarşısını alır.
Müqavilə razılığı sahibkarlardan birini birgə fəaliyyətin operatoru və ya
meneceri kimi müəyyən edə bilər. Operator birgə fəaliyyət üzərində
nəzarətə
malik deyil, amma müqavilə razılığına uyğun olaraq, sahibkarlar
tərəfindən razılaşdırılmış və ona həvalə edilmiş
maliyyə və əməliyyat
siyasəti çərçivəsində fəaliyyət göstərir. Əgər operatorun iqtisadi fəaliyyət
üzrə maliyyə və əməliyyat siyasətini idarə etmək səlahiyyəti varsa, o,
fəaliyyətə nəzarət edir və bu fəaliyyət
birgə fəaliyyət deyil, operatorun
törəmə müəssisəsi sayılır.
Bəzi birgə fəaliyyətlərin əməliyyatlarında sahibkarın özlərindən hüquqi
cəhətdən asılı
olan korporasiya, şərikli şirkət, başqa müəssisə,
yaxud
maliyyə strukturunun yaranmasından deyil, sahibkarların şəxsi aktivlərindən
və digər ehtiyatlarından istifadə edilir. Hər bir sahibkar öz şəxsi əsas
vəsaitlərindən (torpaq, tikili və avadanlıqlarından) istifadə edir və öz şəxsi
mal-material ehtiyatlarını yaradır. O, həmçinin
xərc və öhdəliklərinə görə
özü məsuliyyət daşıyır və öz öhdəliyi olan maliyyə resurslarını özü əldə
edir. Birgə fəaliyyət sahibkarın analoji fəaliyyətləri ilə yanaşı, sahibkarın
işçiləri tərəfindən də həyata keçirilə bilər. Birgə fəaliyyət razılaşması adətən