Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ


üzrə” 21№-li MMUS-ın təyinatı, məqsədi və tətbiq sahəsi



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə131/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   127   128   129   130   131   132   133   134   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

üzrə” 21№-li MMUS-ın təyinatı, məqsədi və tətbiq sahəsi 
9.2. Birgə fəaliyyətin formaları 
9.3. Sahibkarın maliyyə hesabatları 
9.4. Standartda verilən informasiyaların açıqlanması 
9.1. “Təşkilatların birgə fəaliyyəti haqqında maliyyə hesabatları üzrə”
21№-li MMUS-ın təyinatı, məqsədi və tətbiq sahəsi 
 
“Təşkilatların birgə fəaliyyəti haqqında maliyyə hesabatları üzrə” 21 
№-li
 
MMUS Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 29 dekabr 
2007-ci il tarixli əmri ilə təsdiq edilmişdir. Bu Standart “Birgə müəssisə-
lərdə iştirak payı” adlı 31№-li MUBS-na əsaslanmışdır. 
21 №-li Standartın məqsədi asılı və ya törəmə müəssisə kimi deyil, 
birgə müəssisə kimi müəyyən edilən qurumlarda iştirak payı sahiblərinin 
maliyyə hesabatlarının hazırlanması üçün tətbiq etməli olduqları təcrübənin 
müəyyən olunmasıdır. 
Adı çəkilən Standart, Uçot Qaydaları nəzərə alınmaqla, Azərbaycan 
Respublikasının Mühasibat Uçotu haqqında Qanunun 10-cu maddəsində 
müəyyən edilmiş kommersiya təşkilatları tərəfindən hazırlanan illik maliyyə 
hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına tətbiq 
edilir. 
Mühasibat uçotunu tənzimləyən qüvvədə olan normativ-hüquqi aktlar 
ilə bu Standart arasında ziddiyyət yarandığı halda hazırkı Standart tətbiq 
edilməlidir. 
Adı çəkilən Standart, birgə müəssisə tərəfindən həyata keçirilən əmə-
liyyatların növündən asılı olmayaraq sahibkar və investorların birgə 
müəssisələrdə iştirak paylarının və onların maliyyə hesabatlarında birgə 
müəssisələrin aktiv, öhdəlik, gəlir və xərclərinin uçotu üçün tətbiq olunma-
lıdır. Lakın, bu Standart sahibkarların, ilkin tanınma zamanı mənfəət və 
zərərlər haqqında hesabat vasitəsilə ədalətli dəyər əsasında qiymətləndirilən, 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin