Sifariz Səbzəliyev
141
Səhm paketlərinin satınalınması metodu
: Bu prosesə görə hər hansı
bir ana şirkətdə, yaxud digər övlad cəmiyyətdə iştirak payını satın almaq
nəzərdə tutulur. Belə bir halda satınalma ilə əlaqədar maliyyə vəsaitləri
qrupun hüdudlarını aşır və kapitalın payının əvvəlki sahibinə yönəldilir.
Mənafelərin birləşdirilməsi (qovuşması metodu):
Bu metoddan hər iki
cəmiyyətin bərabər hüquqla qovuşması hallarında istifadə edilir. Daha
konkret desək, alış qiyməti ödənilmir, qarşılıqlı mübadilə isə paylarla
həyata keçirilir, son nəticədə satıcıları müəyyənləşdirmək imkanı olmur.
Adətən birinci metoddan (alış metodu) daha çox istifadə edilir. Belə
ki, uçot və hesabatın beynəlxalq standartlarına uyğun olaraq həmin metodun
tətbiqi bir sıra əlavə şərtlərin və məhdudiyyətlərin ciddi sürətdə yerinə
yetirilməsi ilə əlaqədardır.
Kapitalların konsolidasiyası iki mərhələdə həyata keçirilir. Birinci
mərhələdə payın satın alınmasının dəyəri ilə övlad cəmiyyətin kapitalının
müvafiq hissəsi arasındakı fərq müəyyənləşdirilir. İkinci mərhələdə payın
satın alınmasının dəyəri ilə övlad cəmiyyətin kapitalı arasındakı tapılan
kənarlaşma onların bazar dəyərlərindən asılı olaraq aktivin müvafiq
maddələri arasında bölüşdürülür. Bundan sonra
“firmanın qiyməti”
əmələ
gəlir. Bu fərq həm müsbət, həm də mənfi ola bilər (nadir hallarda mənfi).
Firmanın qiyməti konsolidə edilmiş balansının uzunmüddətli aktivlər
bölməsində
“Qeyri-maddi aktivlər”
adlı maddədə qeydə alınır. Bu qiymət
uçot siyasətindən asılı olaraq, 5 ildən 20 ilədək müddət ərzində bərabər
hissələrlə silinə bilər. Son nəticədə kapitalın konsolidasiyası zamanı qrup
daxilində kapitalın hərəkəti ilə bağlı bütün mövqelər çıxılır və konsolidə
edilmiş balansın müxtəlif mövqelərinin miqdarca əhəmiyyəti müəyyənləş-
dirilir.
Qrupun balansına onun müəssisələrinin tərkibinə daxil olmayan,
yalnız “üçüncü şəxslərə” aidiyyəti olan göstəricilər salına bilər. Bununla
əlaqədar olaraq
Dostları ilə paylaş: