Sifariz Səbzəliyev 137
onda aradakı fərq konsolidə edilmiş balansda
“Övlad cəmiyyətlərin işgüzar imici” adlı ayrıca maddə şəklində qeydə alınmalıdır. Əgər övlad
cəmiyyətlərin səhmlərinin nominal dəyəri ana təşkilatlın övlad cəmiyyətə
maliyyə qoyuluşlarının nominal dəyərindən aşağı olarsa, onda “övlad cə-
miyyətlərin işgüzar imici” maddəsi konsolidə edilmiş hesabatın “qeyri-
maddi aktivlər” qrupunda əks etdirilməlidir. Əgər övlad cəmiyyətlərin
səhmlərinin nominal dəyəri ana təşkilatın övlad müəssisələrə maliyyə qoyu-
luşunun balans dəyərini üstələyirsə, onda “övlad cəmiyyətlərin işgüzar
imici” adlı maddə konsolidə edilmiş balansın 3-cü “Kapital” və 4-cü
“Uzunmüddətli öhdəliklər” adlı bölmələrinin arasında göstərilir.
Konsolidə edilmiş mühasibat balansında azlıqların payı övlad cəmiy-
yətin hesabat tarixinə kapitalının kəmiyyətindən asılı olaraq müəy-
yənləşdirilir. Hesabat tarixinə övlad cəmiyyətin kapitalının kəmiyyəti kimi
mühasibat balansının “Cəmi kapital” adlı bölməsinin yekunu əsas götürülür.
Bütün hallarda “Kapital” adlı bölmənin yekunundan “Sosial sferanın
fondları” və “Məqsədli maliyyələşmələr və daxilolmalar” çıxılmalıdır.
Konsolidə edilmiş mühasibat balansında azlıqların pay göstəricisi
“Azlıqların payı” adlı sətirdə uçota alınmalıdır.
Ana təşkilatın və övlad cəmiyyətin mühasibat hesabları birləşdiril-
dikdə mənfəət və zərərlər haqqında konsolidə edilmiş hesabata aşağıdakılar
daxil edilmir:
Ana təşkilatla övlad cəmiyyətlər, eyni zamanda qrupa daxil olan övlad
cəmiyyətlər arasında məhsul (mallar, iş və xidmətlər) satışından gəlirlər,
həmçinin eyni ana təşkilatın övlad cəmiyyətləri arasında həmin satışla
bağlı xərclər;
Övlad cəmiyyətlərin ana təşkilata, habelə qrupa daxil olan digər cəmiy-
yətlərə, eyni zamanda ana təşkilatın özünün övlad cəmiyyətlərinə
ödədiyi dividendlər: konsolidə edilmiş hesabatlarda yalnız həmin qrupa
daxil olmayan təşkilat və şəxslərə ödəniləsi dividendlər öz əksini tapır;
Ana təşkilatla övlad cəmiyyətlər, habelə həmin qrupa daxil olan övlad
cəmiyyətlər arasında meydana gələn gəlirlər və xərclər;
Övlad cəmiyyətlərin ana təşkilatın fəaliyyətinə aid edilməyən gəlir və
xərcləri hissəsində maliyyə nəticələri.
Mənfəət və zərərlər haqqında konsolidə edilmiş maliyyə hesabatında
azlıqların payı ana təşkilata mənsub olmadan övlad cəmiyyətin fəaliy-