Maliyyə hesabatı 134
Azlıqlara aid edilən zərərlər azlıqların törəmə müəssisənin kapitalında
olan payından artıq olarsa, həmin zərərlər, azlıqların bu zərərləri bərpa
etmək üçün öhdəliyini daşıdığı və bu məqsədlə əlavə kapital qoymaq imka-
nına malik olduğu hallar istisna olmaqla, çoxluğun payına aid edilməlidir.
Əgər törəmə müəssisə daha sonra mənfəət əldə edərsə, bu mənfəət əvvəllər
çoxluqlar tərəfindən ödənilmiş azlıqların zərərləri bərpa edilənədək çox-
luqların paylarına aid edilir.
Əgər törəmə müəssisə azlıqların tərəfindən saxlanılan və kapital kimi
təsnifləşdirilən kumulyativ imtirazlı səhmlərə malikdirsə, əsas müəssisə bu
cür səhmlər üzrə dividentlərin bəyan olunub-olmamasından asılı olmayaraq,
həmin dividentlərə düzəliş etdikdən sonra özünün mənfəət və ya zərər
payını hesablayır.
8.5. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatının hazırlanma prinsipləri Beynəlxalq Standartlara uyğun olaraq birləşdirilmiş (konsolidə edil-
miş) maliyyə hesabatları müəyyən prinsiplərə və metodlara, başqa sözlə,
müəyyən tələblərə cavab verməlidir.
Tamlıq prinsipi : Bütün aktivlər, öhdəliklər, gələcək dövrlərin xərc-
ləri, konsolidə edilmiş qrupların gələcək dövrlərinin gəlirləri ana şirkətin
payından asılı olmayaraq tam həcmdə qəbul edilir. Azlıqların payı balansda
müvafiq başlıqla ayrıca maddə şəklində göstərilir.
Xüsusi kapital prinsipi: Ana şirkət və övlad müəssisələr vahid iqti-
sadi subyekt kimi qeydə alındığı üçün xüsusi kapital konsolidə edilmiş
müəssisələrin səhmlərinin balans dəyərilə müəyyənləşdirilir. Bu qayda
fəaliyyətin maliyyələşmə nəticələrinə və ehtiyatlara da şamil edilir.
Ədalətli və səhih qiymətləndirmə prinsipi: Konsolidə edilmiş hesa-
bat anlaşıqlı formada aydın və səlis şəkildə təqdim olumalıdır. Eyni
zamanda belə hesabat qrupa daxil olan müəssisələrin aktivləri, öhdəlikləri,
maliyyə vəziyyəti, mənfəət və zərərlər haqqında dürüst və səhih məlumatlar
verməlidir.