Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə120/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
133 
tarixi arasında baş verən əhəmiyyətli əməliyyatlar və ya hadisələrin təsiri ilə 
bağlı düzəlişlər edilməlidir. İstənilən halda, törəmə müəssisənin və əsas 
müəssisənin hasabat tarixləri arasındakı fərq 3 aydan artıq olmamalıdır. 
Hesabat dövrlətinin müddətləri və hesabat tarixləri arasındakı hər hansı fərq 
müxtəlif dövrlərdə eyni olaraq qalmalıdır. 
Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı oxşar əməliyyat-
lara və oxşar hallarda baş verən digər hadisələrə vahid uçot siyasətinin 
tətbiq edilıməsilə hazırlanmalıdır. 
Əgər qrupun üzvü olan müəssisə oxşar əməliyyatlara və oxşar hallarda 
baş verən digər hadisələrə qəbul olunmuş uçot siyasətindən fərqli uçot 
siyasətini tətbiq edərsə, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı 
hazırlanarkən onun maliyyə hesabatlarına müvafiq düzəlişlər edilməlidir. 
Törəmə müəssisənin gəlir və xərcləri 18№-li MMUS-da göstərildiyi 
kimi birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı alış tarixindən 
başlayaraq daxil edilir. Törəmə müəssisənin gəlir və xərcləri, əsas müəs-
sisənin törəmə müəssisə üzərində nəzarəti itirdiyi tarixə qədər birləşdirilmiş 
(konsolidə edilmiş) maliyyə hesabatına daxil edilir. Törəmə müəssisənin 
xaric olmasından əldə olunan daxilolmalar ilə onun xaricolma tarixinə olan 
balans dəyəri arasındakı fərq, o cümlədən törəmə müəssisəyə aid olan və 
“Xarici valyuta məzənnələrində dəyişikliklərin uçotu üzrə” 22№-li MMUS-
na uyğun olaraq, kapitalda tanınan hər hansı mübadilə fərqinin ümumi 
məbləği, birləşdirilmiş (konsolidə edilmiş) mənfəət və zərərlər haqqında 
hesabatda törəmə müəssisənin xarıcolması üzrə mənfəət və ya zərər kimi 
tanınır. 
Müəssisə törəmə müəssisə kimi fəaliyyətini dayandırdığı zaman törə-
mə müəssisəyə investisiya qoyuluşunun həmin tarixə olan balans dəyəri 
onun keçmiş əsas müəssisəsinin maliyyə hesabatında təqdim edilən maliyyə 
aktivinin ilkin qiymətləndirilməsində müəyyən edilən dəyəri hesab edil-
məlidir. 
Azlıqların payı birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatla-
rında kapitalın daxilində əsas müəssisənin səhmdarlarının kapitalından 
ayrılıqda açıqlanmalıdır. 
Mənfəət və zərər əsas müəssisənin səhmdarlarına və azlıqların payına 
aid olunur. Bunların hər ikisi kapital maddələri olduğuna ğörə, azlıqların 
payına aid olunan məbləğ gəlir və ya xərc deyildir. 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin