Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə116/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
129 
onun dəyəri səhmdarlar tərəfindən tam həcmdə ödənilmiş olsun. Baş verən 
zərərlərin ödənilməsi üçün səhmdar cəmiyyətin nizamnamə kapitalının 
artırılmasına yol verilmir. Səhmdar cəmiyyət səhmdarların ümumi iclasının 
qərarı ilə səhmlərin nominal dəyərini azaltmaqla, ya da səhmlərin bir qis-
mini satın almaqla öz nizamnamə kapitalını azalda bilər. Nizamnamə kapi-
talının azaldılması barədə cəmiyyətin bütün kreditorları xəbərdar edil-
məlidir. Bu zaman cəmiyyətin kreditorları özlərinin müvafiq öhdəliklərinin 
vaxtından əvvəl icra etmək və yaxud dayandırmaq hüququndan istifadə 
etmək hüququna malikdirlər. Bütün hallarda cəmiyyətin nizamnamə kapi-
talının azalması (səhmlərin bir hissəsinin satın alınması, yaxud ödənilməsi 
yolu ilə) cəmiyyətin nizamnaməsində nəzərdə tutulmalıdır (nizamnamədə 
dəyişiklik edilməlidir). 
Şəxslər qrupu dedikdə, hüquqi, yaxud fiziki şəxslərin məcmusi başa 
düşülür və onlar aşağıdakı şərtləri yerinə yetirirlər: 

Şəxs, yaxud bir neçə şəxs müəyyən razılıq əsasında birgə fəaliyyət haq-
qında müstəqim və yaxud dolayı qaydada sərəncam vermək hüququna 
malikdir; 

İki və daha çox şəxs arasında bağlanılan müqavilə əsasında sahibkarlıq 
fəaliyyəti həyata keçirilir; 

Şəxs, hüquqi şəxsin icra orqanının, yaxud direktorlar şurasının tərkibinin 
50%-dən çoxunu təmsil edə bilər. 
Birbaşa nəzarət dedikdə, hüquqi, yaxud fiziki şəxsin bir, yaxud bir 
neçə fəaliyyəti vasitəsilə qərarların qəbulu imkanları nəzərdə tutulur: 

Sərəncam, o cümlədən digər şəxslərlə birlikdə verilən sərəncam; 

Müəyyənləşdirmək hüququnu əldə etmək; 

Hüquqi şəxsin icra orqanının, yaxud direktorlar şurasının tərkibinin 50 
faizdən çoxunu təyin etmək hüququna malik olmaq, eyni fiziki şəxslərlə 
icra orqanlarının və yaxud direktorlar şurasının tərkibində təmsil olun-
maq. 
Dolayı nəzarət bütün hallarda fiziki, yaxud hüquqi şəxsin təyin etdiyi 
üçüncü şəxs vasitəsilə həyata keçirilir. 
Hal-hazırda Maliyyə Hesabatlarının Beynəlxalq Standartları Komitə-
sinin hazırladığı 41 adda Standart içərisində konsolidə edilən hesabatların 
daha mühüm problemlərini təcəssüm etdirən aşağıdakı Standartları qeyd 
etmək olar: 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin