Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə112/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
125 
Əvvəla, konsolidə edilmiş hesabat adi hesabatdan onunla fərqlənir ki, 
o hüquqi cəhətdən müstəqil sayılan müəssisənin hesabatı deyildir. Onun 
məqsədi vergidə cəlbolunan mənfəəti müəyyənləşdirmək deyil, yalnız kor-
porativ ailənin fəaliyyəti haqqında ümumi təsəvvür yaratmaqdan ibarətdir.
İkincisi isə konsolidasiya dedikdə, şirkətin və yaxud qrupun maliyyə 
hesabatlarının eyni adlı maddələrinin cadəcə olaraq cəmlənməsini başa düş-
mək düzgün olmazdı. Korporativ ailənin üzvləri arasındakı sövdələşmələr 
konsolidə edilmiş hesabatlara daxil olmur. Burada yalnız aktivlər və öhdə-
liklər, habelə üçüncü şəxslərlə bağlı əməliyyatlardan alınan gəlir və xərclər 
göstərilir. Korporasiyadaxili hər hansı bir maliyyə-təsərrüfat əməliyyatı 
konsolidasiya prosesinə daxil edilmir. Dünyanın ən nüfuzlu təşkilatlarından 
sayılan MHBS Komitəsi həmin problemlə bağlı baş standart hazırlamışdır. 
Digər nizamlayıcı sənədlər kimi, bu standartlar da tövsiyə xarakteri daşıyır 
və hüquqi cəhtdən icrası məcburi sayılmır. Bu sahədə Avropa İttifaqı 
çərçivəsində də xeyli iş görülmüşdür. 1983-cü ildə İttifaq tərəfindən 
“Uçot 
və konsolidasiya edilmiş hesabat”
adlı məşhur Yeddinci Direktiv 
hazırlanmış və qəbul edilmişdir. Maliyyə hesabatlarının konsolidasiyası ide-
yasının təşəkkül tapması tarixində adı çəkilən Yeddinci Direkrivin özü-
nəməxsus yeri vardır. 
Yeddinci Direktiv konsolidə edilmiş hesabatın tərkibini belə müəy-
yənləşdirmişdir: balans, maliyyə nəticələri haqqında hesabat, müxtəlif mad-
dələrə dair qeydlər və analitik açıqlamalar. Bu sənədlər konsolidə edilmiş 
hesabat şəklində rəsmiyyətə salınmalıdır. Yeddinci Direktivə əsasən yerli 
icra hakimiyyəti orqanları onların ərazisində yerləşən ana şirkətdən kon-
solidə edilmiş hesabat tələb etmək hüququna malikdirlər. 
8.2. Konsolidə edilmiş hesabatın qarşısında duran vəzifələr və 

Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin