Maliyyə hesabatı 128
birilə qarşılıqlı münasibətdə deyirdir və yalnız şirkətin taleyi ilə bağlı səs-
vermə hüququna malikdirlər. Buna görə də korporasiyaların iqtisadi müna-
sibətlərin iştirakçısı qismində müstəqillik dərəcəsi və fəaliyyətinin inkişafı
imkanları kifayət qədər yüksəkdir. Təsadüfi deyildir ki, korporasiyalar
özlərinin kapitalını və istehsalat-kommersiya fəaliyyətinin miqyasını yüksək
sürətlə inkişaf etdirir və rəqabət şəraitində nisbətən kiçik və zəif rəqiblərini
sıxışdırır.
Korporativ qrupları ümumi şəkildə bir ana və bir neçə övlad şir-
kətlərin birləşməsi şəklində təsəvvür etmək olar.
Səhmdar cəmiyyətlərin hüquqi statusunun öyrənilməsi qrupa daxil
olan şirkətlərin iştirakı sistemlərinin açıqlanmasına kömək göstərir. Azər-
baycan Respublikasının Mülki Məcəlləsində qeyd olunduğu kimi, səhmdar
cəmiyyəti dedikdə, onun nizamnamə kapitalının müəyyən sayda səhmlərə
bölünməsi başa düşülür. Eyni zamanda səhmdar cəmiyyətin iştirakçıları
(səhmdarlar) onun öhdəliklərinə cavabdehlik daşımır və özlərinin malik
olduqları səhmlərin dəyəri həddində cəmiyyətin fəaliyyəti ilə bağlı zərər-
lərin riskinə məruz qalırlar. Səhmdarların ümumi iclası keçirildiyi hallarda
kommersiya təşkilatlarının bu təşkilati-hüquqi formasında səslər mül-
kiyyətçilərin sayı ilə deyil, səhmlərin miqdarı ilə hesablanır. Açıq və qapalı
səhmdar cəmiyyətlərini biri-birindən fərqləndirmək lazımdır.
İştirakçıları özünə mənsub olan səhmlərlə, digər səhmdarların razılığı
olmadan manevr edə bilən səhmdar cəmiyyəti açıq səhmdar cəmiyyəti
(ASC) adlanır. Belə cəmiyyətlər özlərinin buraxdıqları səhmlərə açıq abunə
həyata keçirir; qanunvericiliyin və digər hüquqi aktların müəyyənləşdirdiyi
şərtlər əsasında onların sərbəst surətdə satışını təşkil edir; hər il maliyyə
hesabatlarını açıq mətbuatda dərc etdirir.
Səhmlərini yalnız özünün təsisçiləri arasında bölüşdürən səhmdar
cəmiyyəti qapalı səhmdar cəmiyyəti (QSC) adlanır. Onların buraxdıqları
səhmlərə açıq abunəni keçirmək ixtiyarları yoxdur. Səhmdarların birinin
digərinin satdığı səhmləri əldə etmək üstünlüyü qeyd olunmalıdır.
Səhmdar cəmiyyətin nizamnamə kapitalı onun səhmlərinin nominal
dəyəri üzrə uçota alınır. Səhmdarların ümumi iclasının qərarı əsasında
səhmdar cəmiyyəti səhmlərin nominal dəyərlərini artırmaq, yaxud səhmlərin
əlavə emissiyası yolu ilə özlərinin nizamnamə kapitalını artıra bilər. Səhm-
dar cəmiyyətin nizamnamə kapitalının artırılmasına o zaman yol verilir ki,